"Mütləq "Qarabağ"a qalib gəlməliyik"

"Mütləq "Qarabağ"a qalib gəlməliyik"
ÖLKƏ FUTBOLU 3 Noyabr 2014 / 11:58 5738
-  A +

“İndi bizi ancaq “Qarabağ”la görüş düşündürür. Qarşımızda duran əsas məsələ “Qarabağ”la səfər oyunudur”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Denpr” klubunun futbolçusu Artyom Fedetski Ukrayna çempionatında Kiyev “Dinamo”suna məğlub olduqları (0:3) oyundan sonra deyib.

Yerli mətbuata açıqlamasında təcrübəli müdafiəçi  qrup mərhələsindən çıxmaq üçün mütləq Bakıdakı oyunda qalib gəlməli olduqlarını vurğulayıb: “Azərbaycana yalnız qələbə üçün gedirik. Əgər Avropa Liqasında mübarizəmizi davam etdirmək istəyiriksə, mütləq “Qarabağ”a qalib gəlməliyik”.

Qeyd edək ki, noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dnepr" oyunu saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq