“Azərbaycan millisinin uğurunda pay sahibi olmaq xoşbəxtlikdir” - Munteanu

“Azərbaycan millisinin uğurunda pay sahibi olmaq xoşbəxtlikdir” - Munteanu
ÖLKƏ FUTBOLU 2 Noyabr 2014 / 12:44 5879
-  A +

"Qəbələ"nin baş məşqçisi Dorinel Munteanu Avropa çempionatının seçmə mərhələsində elit mərhələyə vəsiqə qazanan 17 yaşlı futbolçulardan ibarət milli komandamızın qazandığı uğuru ilə bağlı fikirlərini bildirib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Qəbələ"  Futbol Akademiyasının 5 yetirməsinin U-17 millisində çıxış etdiyini xatırladan rumıniyalı mütəxəssis rəhbərlik etdiyi komandanın yaxşı gələcək vəd etdiyini deyib:

"İlk öncə akademiyanın koordinatorlarına təşəkkür edirəm ki, işləri bu şəkildə - peşəkarcasına qura bililbər. Növbəti təşəkkürüm akademiya məşqçilərinin hər birinədir, bu futbolçuların yetişməsində onların hər birinin rolu var. Daha sonra isə futbolçuları qeyd etmək istəyirəm. Azərbaycan milli komandasının bu uğurunda pay sahibi olmaq xoşbəxtlikdir. Onlara, həmçinin bütün milli komanda üzvlərinə Avropa çempionatının növbəti mərhələsində uğurlar arzu edir, gələcək karyeralarının parlaq olmasını diləyirəm. Belə görürəm ki, rəhbərlik etdiyim əsas komandanın gələcəyi parlaqdır. Tezliklə həm bu "beşliyin", həm də klubumuzun digər yetirmələrinin "qapımızı döymələrini" arzulayır, onlara hər zaman yardım etməyə hazır olduğumu bildirirəm".

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq