"RTR Sport" millimizin oyununu canlı yayımlamağı planlaşdırır

"RTR Sport" millimizin oyununu canlı yayımlamağı planlaşdırır
XƏBƏR 7 Sentyabr 2009 / 18:30 2183
-  A +

Sentyabrın 9-da Avropa çempionatının seçmə qrup oyunu çərçivəsində Hannoverdə keçiriləcək Almaniya-Azərbaycan matçı rusların da diqqət mərkəzindədir. Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, qarşılaşmanı bu ölkənin nüfuzlu "RTR Sport" telekanalı da canlı yayımlamaq fikrindədir. Ruslar artıq məsələ ilə bağlı almanlarla bütün məsələləri müzakirə ediblər. Oyunu göstərməkdə "NTV+Futbol" telekanalı da maraqlıdır. Qeyd edək ki, sentyabrın 6-da Lənkəranda keçirilən Azərbaycan-Finlandiya matçını rusların “Sport” telekanalı videoyazı şəklində yayımlamışdı.


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?