Bastian Şvaynştayger: “Heç kim Azərbaycanı asanlıqla məğlub edəcəyimizi düşünməsin”

XƏBƏR 5 Sentyabr 2009 / 16:00 1987
-  A +

“Milli komandamızın CAR-a yollanacağına inamım böyükdür. Amma onu da etiraf edim ki, bu yolda işimiz çox çətin olacaq. Çünki rəqiblərimiz bizə qarşı var gücləri ilə mübarizə aparırlar. Amma biz əlimizdən gələni edəcəyik ki, qrup liderliyini heç kimə verməyək”. Qol.Az-ın məlumatına görə, bu sözləri Almaniya mətbuatına açıqlamasında Almaniya millisinin və “Bavariya”nın yarımmüdafiəçisi Bastian Şvaynştayger deyib. O, qarşıdakı oyunlardan danışarkən millimizlə ayın 9-da keçiriləcək oyuna da toxunub: “Çoxları belə düşünür ki, qrupun həlledici oyunu Moskvada Rusiya - Almaniya matçı olacaq. Amma mən bu fikirlə razı deyiləm. Çünki digər qarşılaşmalar da həlledici ola bilər. Bizi qarşıda Azərbaycanla oyun gözləyir. Mən deməzdim ki, Hannoverdəki qarşılaşma bizim üçün asan keçəcək. Heç kim də Azərbaycanı asanlıqla məğlub edəcəyimizi düşünməsin. Onlar Bakıda bizə əməlli-başlı müqavimət göstərdilər. Eyni müqaviməti Almaniyada da göstərəcəklər”. Bastian son vaxtlar Yurgen Klinsmanın Almaniya millisinə məsləhətçi təyin olunacağına dair gəzən söz-söhbətlərə isə qısaca belə münasibət bildirib: “Klinsman yaxşı mütəxəssisdir və onun da rəhbərliyi altında oynamışam. Amma indiki halda Lövün məsləhətçiyə ehtiyacı yoxdur”


Son xəbərlər
21.01.25  16:25

"Barselona"da itki

21.01.25  15:40

"Səbail"də ayrılıq