“Neftçi”nin hücumçusu Samir Əliyevin Qol.Az saytına müsahibəsi
- Samir neçə müddətdir ki, zədədən əziyyət çəkirdin. Komandanın heyətində sonuncu turda oyuna çıxdın. Hazırda özünü necə hiss edirsən?
- Normal. Zədəm demək olar ki, sağalıb. Əsas məqsəd formanı bərpa etmək və əsas heyətə düşməkdir.
- “Neftçi” çempionata uğurlu başladı. İki oyundan iki qələbə. Necə fikirləşirsən, komanda artıq öz oyununu tapıb?
- Rəhbərlik başda olmaqla hər kəs komandanın uğurları üçün çalışır. Çempionatın gedişində daha uğurla çıxış edəcəyik. Məncə, “Neftçi” bundan da gözəl oyun göstərə bilər. Bunun üçün hər kəs çalışır.
- Komandanın qarşısına qoyulan məqsəd nədən ibarətdir?
- Təbii ki, çempion olmaq. “Nefçi” hər zaman çempionluğa oynayan komanda olub. Düzdür, bu il iddialı klubların sayı daha çoxdur. Demək olar ki, zəif komanda yoxdur. Əgər “Muğan” səfərdə “Simurq”dan xal alırsa, deməli, komandalarda irəliləyiş var. “Nefçi” ilə birlikdə “Xəzər Lənkəran”, “Qarabağ” və “Bakı” da qızıl medallar uğrunda mübarizə aparacaq.
- Baş məşqçi Böyükağa Ağayevlə münasibətlərin necədir?
- Heç bir problem yoxdur. Bir-birimizi çox gözəl başa düşürük.
- Keçək milli komandaya. Bizi qarşıda Findlandiya və Almaniya ilə çətin matçlar gözləyir. Necə fikirləşirsən, komandamız Finlandiya üzərində ilk qələbəsini qazana biləcək?
- Mən, ümumiyyətlə, milli komanda haqqında danışmaq istəmirəm.
- Niyə?
- Bir komandadaki Ernani Pereyra təlim-məşq toplanışına çağırılır, mən daha bu komanda haqqında nə danışım? Onsuz da milli heç bir məzmunlu oyun göstərmir və məğlub olur. Uduzuruqsa, yenə də öz oyunçularımızla uduzaq.
- Komanda yoldaşın Ruslan Abışov millinin heyətinə dəvət aldı. Çoxları Ruslanın istedadlı olduğunu və Rəşad Sadıqovu layiqincə əvəz edə biləcəyini fikirləşir. Sənin bu barədə fikirlərin necədir?
- Ruslan həqiqətən çox istedadlı gənclərimizdəndir. Milliyə böyük fayda verəcəyindən şübhəm yoxdur. Ruslanı Berti Foqtsa məsləhət gördülər. Axır ki, Foqts bulanıq gözlərini açıb Ruslanı gördü və onu milliyə dəvət etdi.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu