“Xəzər-Lənkəran”ın və Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin Qol.Az-a müsahibəsi
- Zədə səbəbindən bir müddət yaşıl meydanlardan kənarda qaldın, amma bu yaxınlarda premyer-liqanın oyununda meydana çıxdın, yenidən milli komandaya qayıtdın. Yəqin ki, bu dəvət gözlənilməz olmadı.
- Milliyə qayıtdın deyəndə ki, milli heç kimin özəl komandası deyil ki, daim onun üvzü olasan. Bu səviyyədə oynamaq üçün gərək hazır olasan. Əgər hazır olmasan, heç kim sənə dəvət göndərməz.
- Zədən artıq tam sağalıb?
- Şükür Allaha, heç bir problem yoxdur.
- Birdən-birə əsas heyətdə meydana çıxacağın real görünmür. Uzunmüddətli zədədən yenicə dönmüsən. Üstəlik Fərhad sabit olaraq çıxış edir. Yəni, Foqtsun Finlandiya ilə oyunda riskə gedəyinə inam azdır.
- Bu kimin sözləridir, bunu kim deyib?
- Heç kim deməyib. Sadəcə, biz reallığı nəzərə alıb bu cür düşünürük.
- Gəlin belə danışaq da. Komandanın baş məşqçisi var, heyəti də o qurur. Kim nə bilir ki, o, Finlandiya ilə oyuna hansı heyəti buraxacaq?
- Sadəcə, uzunmüddətli zədədən qayıtdığını nəzərə alıb bu sualı verdik.
- Nə olsun ki, zədəli olmuşam? Əgər millinin baş məşqçisi dəvət göndəribsə, deməli, formadayam. Bir də ki, vaxt olub çox əla formada olmuşam, amma heç milliyə dəvət almamışam.
- Müsahibələrinin birində Fərhadı dahi qapıçı adlandırmısan.
- Xeyr, mən “Fərhad dahi qapıçıdır” sözünü deməmişəm. Fikirlərim təhrif olunub. Sual verdilər ki, Fərhad son oyunda səhvə yol verdi, mən cavab verdim ki, dahi qapıçılar da səhv edirlər. Axı, insan beyni kompüter deyil. Bununla belə, Fərhadı Avropa səviyyəli qapıçı sayıram.
- Finlandiya ilə oyundan nə gözləyirsən?
- Mən nə qədər ki, futbol oynayıram, məğlubiyyət haqda düşünməyəcəm. Fərqi yoxdur, istər Finlandiya olsun, istər Almaniya. Mən özümü heç kimin önündə məğlub görmürəm. Çünki bunu sevmirəm.
- Finlandiya ilə oyundan üç gün sonra bizi daha çətin oyun - səfərdə Almaniya ilə matç gözləyir. Razısan ki, almanlarla oyuna hansı əhval-ruhiyyədə yollanmağımız finlərlə oyunun nəticəsindən çox asılı olacaq?
- Xeyr, bu fikri qəbul etmirəm. Peşəkar idmançı heç vaxt belə şeylərə fikir verməməlidir. Necə yəni, bu gün Finlandiyaya uduzduq, qurtardı, Almaniyaya ruh düşkünlüyü ilə getməliyik? Hər oyuna yüksək-əhval ruhiyyə ilə çıxmalısan.
- Zədədən qayıtmağına baxmayaraq, elə ilk oyundaca əsas heyətdə meydana çıxdın və 90 dəqiqə “İnter”ə qarşı “Xəzər-Lənkəran”ın qapısını qorudun. Bu, sənin üçün gözlənilməz olmadı?
- Bilirsiniz, mən o yeri qazanmaq üçün min-bir əziyyət çəkmişəm. Gecə-gündüz məşq etmişəm, hər çətinliyə qatlaşmışam və o yerə layiq olduğumu sübut etmişəm. Heç kim mənim qara qaşıma, gözümə vurulub əsas heyətdə meydana buraxmayıb.
- “Xəzər-Lənkəran”ın çempionluq uğrunda mübarizə aparacağı məlumdur. Bu yolda özünüzə əsas rəqib kimi görürsünüz?
- Bütün klublar bizim əsas rəqibimizdir. Odur ki, çempionatda oynayan komandalar arasında fərq qoymaq istəmirəm.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu