“Qarabağ”ın yarımmüdafiəçisi Rəşad Sadiqov Hollandiya “Tvente”si ilə oyun və ilk dəfə Azərbaycan milli komandasına çağırılması ilə bağlı Qol.Az saytına müsahibə verib
- Rəşad, öncə “Tvente”yə qarşı Bakıda keçirilən oyunla bağlı fikirlərini öyrənmək istərdim...
- Hamı bilirdi ki, bizim üçün çətin olacaq. Çünki “Tvente” güclü komandadır. Ötən mövsüm Hollandiya çempionatında 2-ci yeri tutmuşdular. Bu mövsümə də olduqca yaxşı başlayırlar və hələ ki, liderliyi heç kimə vermirlər. Baxmayaraq ki, Hollandiyadakı ilk oyunda uduzmuşduq, bununla belə, dünən əlimizi yanımıza salıb dayanmadıq və 90 dəqiqə mübarizə apardıq. Hamı maksimum gücünü ortaya qoydu ki, qol vuraq. Əgər ilk hissədə hesabı açsaydıq, əminəm ki, ikincini də vuracaqdıq. Bunun üçün əla imkanlarımız da oldu. Amma nə etmək olar, qismət belə imiş.
- Səncə, “Tvente” səddini keçməyimizə nə mane oldu?
- İlk oyunda Rəşad Sadıqovla Elnur Allahverdiyevin olmaması öz təsirini göstərdi. Ona görə 1:3 hesabı ilə məğlub olduq. Təkrar oyunda əlimzdən gələni etdik ki, qol vuraq. Amma bəxtimiz gətirmədi.
- Gəl, bir anlıq “Rusenborq”la ilk oyundan əvvələ qayıdaq. Səmimi de, o vaxt bura qədər irəliləyəcəyinizə inanırdınız?
- Bilirsiniz ki, püşkatmadan sonra “Rusenborq”la düşdüyümüzü biləndə çox adam bizi artıq siyahıdan sildi. Səmimi deyim ki, biz özümüz də təəssüfləndik ki, bu cür güclü rəqib ilk mərhələdə qarşımıza çıxdı. Çünki Norveç klubu səbətdəki ən güclü komanda idi. Lakin ilk matçın ilk 20 dəqiqəsindən sonra gördük ki, onara qarşı oynamaq olar. Nəticədə evə 0:0-lıq heç-heçə ilə döndük. Təkrar qarşılaşmada isə bütün gücümüzü meydanda qoyub mərhələni keçdik. Burada baş məşqçimiz Qurban Qurbanovun bizi oyuna hazırlamasını da qeyd etməliyəm. İkinci mərhələdəki rəqibimiz “Honka” “Rusenborq” qədər güclü olmasa da, çətin rəqib idi. Ən azı onların Bakıda bizə qarşı göstərdikləri oyunu gördünüz. Lakin finləri də keçməyi bacardıq. “Tvente” haqqında da danışdım. Bu mövsüm Azərbaycanın futbol reytinqinə müəyyən qədər xal yaza bildik.
- Maraqlıdır, komanda 6 oyun oynadı və cəmi birində məğlub oldu. Burada azərbaycanlı futbolçuların əməyi danılmazdı. Heç Finlandiya, Norveç, Hollandiya, lap elə digər Avropa ölkələrinin klublarından sizinlə maraqlanan olmayıb ki?
- Eşitdiyimə görə, “Tvente”nin baş məşqçisi Stiv Maklaren mənimlə Vaqif Cavadovun oyununu bəyənib və bizi tərifləyərk deyib ki, Hollandiya çempionatında oynaya bilərik. Amma düzünü desəm, başqa maraqlanan olmayıb.
- Artıq avrokubok sizin üçün başa çatdı. İndi bütün diqqətiniz daxili çempionata yönələcək. “Qarabağ”ın bu mövsüm Azərbaycan Premyer Liqasındakı hədəfi nə olacaq?
- Təbii ki, biz də çempion olmaq istəyirik və bu məqsədə çatmaq üçün bütün gücümüzü ortaya qoyacağıq. Əsas məqsəd isə, ən azı mükafatçılar sırasına düşməklə gələn il də avrokuboklara vəsiqə qazanmaqdır. Düşünürəm ki, heyətimiz də buna imkan verir. İnşallah, inanıram ki, gələn avrokuboklara vəsiqə qazansaq, bundan da yaxşı oynayacağıq və qrup mərhələsinə vəsiqə qazanacağıq.
- Sizdən fərqli, “Bakı” İsveçrədə “Bazel”ə böyük hesabla məğlub oldu.
- “Bakı”nın oyununu da izlədim. Onlar ilk 20-25 dəqiqəni pis təsir bağışlamadılar. Çox yaxşı futbol oynadılar, qol buraxmalarına baxmayaraq, dərhal hesabı bərabərləşdirdilər. 1:1-dən sonra daha istəkli oynadılar. Bilirsiniz, onsuz da bilirdilər ki, itiriləsi heç nələri yoxdur və hücum etməlidirlər. Lakin ikinci qoldan sonra tamamilə ruhdan düşdülər və o cür hesabla məğlub oldular.
- Gələk milli komandaya. Öncə səni təbrik edirik. İlk dəfə ölkənin bir nömrəli komandasına dəvət aldın.
- Çox sağ olun. Haradasa bu dəvəti gözləyirdim. Amma hər şey ani oldu. Dünən “Tvente” ilə oyundan sonra milli komandanın nümayəndələri mənə dedilər ki, baş məşqçi səni milli komandaya dəvət edib. Bu gün günorta komandanın məskunlaşdığı otelə yollandım və milli üzvlərinə qoşuldum. Təbii ki, dəvətə görə çox şadam. Hər kəs milli komandada oynamağı arzulayır. İnanıram ki, burada da möhkəmlənə biləcəyəm.
- Sentyabrın 5-də Finlandiya ilə üz-üzə gələcəksiniz. Bu oyundan nə gözləyirsən?
- Təbii ki, ancaq və ancaq qələbə. Başqa nəticəni ağlımızdan belə keçirməməliyik.
- Amma razılaş ki, həmişə eyni sözləri deyirik. Qələbə qazanmaq üçün qol vurmaq lazımdır. Həmin qolu isə hələ də vura bilməmişik.
- Başa düşürəm sizi. İnşallah, elə siftəni Finlandiya ilə oyunad edərik və seçmə mərhələdə ilk qolumuzu finlərin qapısına vurarıq.
- Matçın Lənkəranda keçirilməsinə münasibətin necədir? Səncə, bu, nəyisə dəyişə biləcək?
- Görünür, AFFA rəhbərliyi Lənkəranda tribunaların meydançaya daha yaxın olmasını nəzərə alıb Finlandiya ilə qarşılaşmanı oraya salıb. Həm də orada bütün qarşılaşmalarda tribunalar ağzınacan dolu olur. İnşallah, elə cari mövmümdəki ilk qələbəmizi də orada qazanarıq.
- Millinin Bakıdakı oyunlarında da tribunalar ağzınacan dolu olur. Yəni, milli komanda heç vaxt dəstəksiz qalmayıb. Bəlkə federasiya rəhbərliyi inanclara əsasən bu addımı atıb. Çünki milli komanda Respublika stadionunda hələ ki, qol vura bilmir.
- Bunu deyə bilmərəm. Açığı mən belə şeylərə inanmıram. Yaxşı futbol oynayandan sonra istənilən meydanda qələbə qazanmaq mümkündür.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu