Birinci diviziondan Premyer Liqamıza yüksələn "Araz Naxçıvan" klubunun baş məqşçisi Əsgər Abdullayev Qol.Az saytına müsahibəsində komandasının gələn mövsümə hazırlığından və transfer planlarından danışıb.
- Əvvəlcə komandanızın yay hazırlıq planı ilə bağlı məlumat verməyinizi istərdik.
- İyunun 15-də komandamız bir araya gələcək. Təlim-məşq toplanışını Naxçıvanda keçirmək fikrimiz var. Yoldaşlıq oyunları üçün isə ölkə xaricinə yollanacağıq. Yəqin ki, Türkiyəyə gedəcəyik. Hazırda yerli futbolçuların seçimi ilə məşğuluq. Bu işlər xeyli vaxt tələb edir. Komandalarımızın əksəriyyəti toplanış üçün ölkə xaricinə yollanacaq. Təbii ki, Azərbaycanda olan klubalarımızla yoxlama oyunları keçirmək istərdik. Hələlik heyəti formalaşdırmağa çalışırıq.
- Transfer işləri necə gedir?
- Hazırda sırf seleksiya işləri ilə məşğuluq. Müəyyən futbolçular seçmişik. Yaxın günlərdə onlardan bəzilərini komandaya cəlb edəcəyik.
- Gənclərə üstünlük verməyi düşünürsünüz?
- Bəli, əsasən gənclər olacaq. Ancaq komandaya xeyir verə biləcək futbolçular alacağıq.
- Elitada çıxış edəcək komandaya legioner futbolçular cəlb olunmayacaq?
- Yerli futbolçulardan ibarət yaxşı komanda yığa bilsək, legionerlərə ehtiyac olmayacaq. Söhbət tamamilə yerli futbolçulardan ibarət komandadan gedir. Əgər planlarımız alınmasa, legionerlər də cəlb oluna bilər. Ancaq hazırda seleksiya işləri gedir. Məqsədimiz azərbaycanlılardan ibarət komanda yaratmaqdır.
- Premyer Liqamızda çıxış edən klubların bəzi futbolçuları ilə müqaviləsi başa çatıb. Onlarla maraqlanırsınız?
- Bəziləri ilə söhbətimiz olub. Onların klubları ilə danışacağıq. İstədiyimiz müəyyən futbolçular da var ki, klubları ilə müqaviləsi davam edir. Ən qısa müddətdə transfer etdiyimiz futbolçuların adı mətbuata açıqlanacaq.
- Komandanızı Premyer Liqaya hazır hesab etmək olar?
- Çalışacağıq ki, hərtərəfli hazır olaq. İnanıram ki, Premyer Liqada da layiqli çıxış edəcəyik.
- Baş məşqçi üçün Premyer Liqa rahatdır, yoxsa birinci divizion?
- Əlbəttə ki, güclülər dəstəsinin ab-havası mənə daha aydındır. Hər halda birinci divizionda da işimizin öhdəsindən yaxşı gəldik və Premyer Liqaya qayıtdım.
- "Araz Naxçıvan"ın Premyer Liqada ilk ilində hədəfi nə olacaq?
- Bunu demək üçün ilk növbədə komandanı formalaşdırmaq lazımdır. Düzdü, gənc və yerli futbolçulardan ibarət komanda qurmaq istəyirik. Ancaq bu o demək deyil ki, yüksək yerlərə iddia etməyəcəyik. Hər halda layiqli çıxış edəcəyik.
Ramiq AĞAMƏMMƏDOV
“Qarabağ” avrokuboklarla vidalaşdı
UEFA-dan futbol ruhuna həsr olunan yeni mükafat
“Qarabağ” növbəti transferlərini açıqladı
Acun Ilıcalının komandası yeni oyunçu ilə gücləndi
“Fənərbaxça” və “Qalatasaray” hansı rəqiblərlə qarşılaşacaq?
“Futbolçulara robot kimi yanaşılır”
“Qarabağ” - “Tvente” matçı gec başlayacaq
“Karvan-Yevlax”dan növbəti transfer
"İki dəfə dünya gözümün önündə dayandı"
"Qarabağ" "Tvente" ilə oyuna bu heyətlə çıxır
Azərbaycan millisinin qapıçısı Türkiyə klubunda
"Qarabağ"ın rəqibi futbolçusunu göndərə bilər
"Arsenal"dan ayrılacağı gözlənilir
Ukraynalı vinger rəsmən "Ayaks"da
"Beşiktaş" yeni hücumçu transfer etdi
Prezident İlham Əliyevdən "Sabah"la bağlı - Sərəncam
Barkola PSJ-ni bu kluba dəyişir
“Liverpul” yeni formasını təqdim etdi - Şəkillər
"Qarabağ" dayanmır. 1 gündə 3-cü transfer! - Eksklüziv
"Fənərbaxça"dan "Barselona"ya - Rəsmi
17 yaşlı futbolçu “Bavariya”dan ayrıldı
Bu da "Qarabağ"ın 2 yeni transferi!
"Çelsi"dən "Nottingem Forest"ə
Adama Traorenin yeni klubu açıqlandı
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər
Mbappenin het-triki - Video
İsmayıl Kartal “Lion” üzərində qələbədən danışdı
Fonseka: “Bəlkə də buna görə pis məşqçiyəm”
ÇL-də “Sabah” dominantlığı – Bu göstəricilərdə lider oldular
“Fənərbaxça”nın oyunçusuna hücum edildi, dava düşdü - Video
Çempionlar Liqasının Liqa mərhələsinin bütün iştirakçıları
"Mançester Siti"nin futbolçusu "Nyukasl"da - Rəsmi
ÇL-də pley-off mərhələsinə yekun vuruldu
"Fənərbaxça" 18 ildən sonra ÇL-in əsas mərhələsində
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İtaliya da İnfantinoya üz çevirdi
Çempionlar Liqasının püşkatmasında yeni qayda