“Bazel”lə Avroliqanın təkrar oyununu keçirmək üçün dünən İsveçrəyə gedən “Bakı” klubunun baş məşqçisi Coko Haciyevski Qol.Az-ın müxbirinə müsahibə verib. Müsahibəni təqdim edirik.
- “Bazel”lə cavab oyunun haz
ırlığı necə keçir?- Haz
ırlığımız normal keçir. Həmişəki qaydada qarşıdakı oyuna hazırlaşırıq. Bakıda uşaqlar məşqlərdə çox yaxşı çalışırdılar ki, bu da məni sevindirməyə bilməz.- Yəqin ki, ilk mat
çdakı məğlubiyyətdən sonra komandada ab-hava ürəkaçan səviyyədə deyil...- D
üzdür, əhvalımız bir o qədər də yaxşı deyil. Çünki gözləmədiyimiz və layiq olmadığımız məğlubiyyət aldıq. Amma deməzdim ki, ab-hava çox pisdir. Qarşıda bizi cavab oyunu gözləyir. Həmin matçda meydana həm “Bakı”nın, həm də ümumilikdə Azərbaycan futbolunun imicini qorumaq üçün çıxacağıq.- “Bazel”ə qarş
ı ilk oyundan artıq bir neçə gün keçib. Yəqin ki, oyunun videoyazısına da bir neçə dəfə baxmısınız. Sizcə, həmin gün “Bakı” niyə uduzdu?- Oyunun təkrar
ına həqiqətən də bir neçə dəfə baxmışam. Amma yenə də komandanın o cür “boşalması” mənə qaranlıq qalır. Sanki 60-cı dəqiqədən sonra meydanda “Bakı” yox, tamam başqa bir komanda mübarizə aparırdı. Futbolçularımı tanıya bilmədim. Görünür, qapımızda gördüyümüz ilk qoldan sonra uşaqlar psixoloji cəhətdən sındılar. Halbuki qarşıda xeyli vaxt var idi. Hesabı yenidən xeyrimizə dəyişə bilərdik.-
Çoxları oyunun qırılma nöqtəsi kimi Jabanı əvəzləndiyiniz anı görür. Əgər zamanı geri qaytarmaq mümkün olsaydı, yenidən həmin əvəzetməni edərdiniz?- Siz məni d
üzgün başa düşün. Oyundan sonra dedim, indi də təkrarlayıram. Jaba özü əvəzlənməsini istədi. Bildirdi ki, artıq gücü qalmayıb. Jaba komandaya yeni qoşulub, son 1 ayda yalnız fərdi şəkildə məşq edib. Ona görə də fiziki cəhətdən çatdırmır. Düzdür, onda əsl futbolçu xarakteri var, vuruşur, meydanda canını qoyur. Amma onu əvəzləməsəydim, başqa problemlərlə qarşılaşa bilərdik.- Komanda ilk oyundak
ı məğlubiyyətin şokunu tam olaraq üzərindən ata bilib?- D
üzdür, bu cür məğlubiyyət hər nə qədər ağır olsa da, onu unutmağa çalışırıq və buna məcburuq. Çünki qarşıda bizi cavab oyunu gözləyir. İndi bütün diqqətimizi qarşıdakı matça yönəltmişik.- Cavab oyunundan nə g
özləyirsiniz?- Ancaq yaxş
ı oyun. İnanıram ki, komandamız səfərdə çıxış etməsinə baxmayaraq, gözəl oyun göstərəcək. Meydanda bütün gücümüzü qoyacağıq. Çalışacağıq sübut edək ki, komandamızın Avropadakı çıxışı heç də təsadüfi deyil.- Səmimi deyin, həqiqətən də mərhələni ke
çmək şansımızın olduğunu düşünürsünüz?- Tam səmimi deyirəm, şans
ımız var. Başa düşürəm, ilk oyundakı acı məğlubiyyətdən sonra şansımız çox azdır. Amma məncə beş faiz də olsa, “Bazel”i mübarizədən kənarlaşdırmaq imkanımız var.- Sizcə, cavab oyununda hans
ı hesab qeydə alına bilər?- Variantlar
çoxdur. Məsəlçün 3:0. Kimsə inanmaya bilər. Amma biz bura 3:0-lıq qələbə üçün gəlmişik. Komandama inanıram.- Do
ğrudanmı, “Bakı”nın səfərdə 3:0 hesabı ilə qalib gələcəyini düşünürsünüz?- Bilirəm, şans
ımız çox azdır. Amma bütün gücümüzü meydandan qoyacağıq ki, az qalan şansımızdan da istifadə edək.- Yəqin ki, ilk oyunla m
üqayisədə heyətdə dəyişiklik olacaq?- Əlbəttə. Bu mat
çda heyətdə 2-3 yeni futbolçu görə biləcəksiniz. Digər tərəfdən, cəzasını başa vuran Feliks də komandaya kömək edəcək. İnanıram ki, onun qayıdışı komandanın xeyrinə olacaq.- Dayaq yar
ımmüdafiəçisi mövqeyində çıxış edən Ernad Skuliç cəzalıdır. Onun mövqeyində hansı futbolçunu oynatmağı düşünürsünüz? Məsəlçün Tamaş oynaya bilər?- Tamaş
ın da oynaması mümkündür. Amma başqa variantlar da var. Gəlin tələsməyək. Oyuna hələ var. Ona görə də indidən heyətlə bağlı hər şeyi açıqlaya bilmərəm.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu