Bu gün Azərbaycan Premyer Liqasında 2013/14 mövsümünə yekun vurulub.
Qol.Az-ın məlumatına görə, sonuncu - 36-cı turun bütün oyunları eyni gündə baş tutub.
"Qəbələ" öz meydanında "Sumqayıt"la, "Neftçi" isə səfərdə "Simurq"la qarşılaşıb. "Neftçi" və "Qəbələ" müvafiq olaraq turnir cədvəlinin 3-cü və 4-cü pillələrində qərarlaşdığından bu oyunlar bürünc medalı qazanmaq baxımından hər iki komanda üçün əhəmiyyətli idi.
"Neftçi" səfərdə "Simurq"un müqavimətini qıra bilməyib. Bu görüşdə tərəflərin səylərinə baxmayaraq oyunda qapılara qol vurulmayıb - 0:0. Bundan maksimum istifadə edən "Qəbələ" klubu öz meydanında "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub etməklə tarixində ilk dəfə Premyer Liqanın bürünc medallarına sahib çıxıb.
Bu qarşılaşmalarla eyni saatda baş tutacaq AZAL - "İnter" matçı formal xarakterli olub. Artıq gümüş medalları özü üçün təmin edən Kaxaber Sxadadzenin komandası bu oyuna əsasən ikinci heyətlə çıxıb. Lakin qələbəyə həsrət qalan AZAL klubu "İnter"ə də məğlub olmaqla mövsümü 8-ci pillədə başa vurub.
Daha bir oyunda "Rəvan" "Bakı"nı qəbul edib. Meydan sahibləri elitanı tərk etməmək üçün mütləq qalib gəlməli və "Sumqayıt"ın "Qəbələ"yə məğlub olmağını gözləməli idi. Lakin paytaxt derbisi "Rəvan"ın məğlubiyyəti ilə başa çatıb - 2:3.
Günün və mövsümün son oyunu isə mərkəzi arenada keçirilib. Burada çempionluğunu rəsmiləşdirən "Qarabağ" "Xəzər Lənkəran"ı qəbul edib. "Qarşılaşma Lənkəran təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Qarabağ" - "Xəzər Lənkəran" matçından sonra Ağdam təmsilçisinə çempionluq kuboku təqdim olunub.
17 may (şənbə)
18:30. “Xəzər Lənkəran” – “Qarabağ” - 2:1
Qollar: Tyeqo de Xesus, 5 (1:0), Ulrix Kapolonqo, 44 (1:1), Elnur Abdullayev, 87 (2:1)
Hakimlər: Vüsal Əliyev, Elman Musayev, Kamran Bayramov, Nail
Tofiq Bəhramov adına Respublika stadionu
17:00. “Qəbələ” – “Sumqayıt” - 3:1
Qollar: Məhəmməd Qurbanov, 7 (0:1), Viktor Mendi, 39 (1:1), Lorenzo Ebesilio, 89 (2:1), Abdulvahid Afolabi, 90+3 (3:1)
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, Munis Abdullayev, Teymur Fərhadov
Qəbələ şəhər stadionu,
17:00. AZAL – “İnter” - 1:3
Qollar: Samir Zərgərov, 2 (0:1), Dieqo Madriqal, 9 (0:2), Aydın Qasımov, 72 (1:2), Dieqo Madriqal, 84 (1:3)
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, İsgəndər Əliyev, Mahir Məmmədov
“Şəfa” stadionu
17:00. “Rəvan” – “Bakı” - 2:3
Qollar: Rauf Əliyev, 24 (0:1), Aleksandr Şoliç, 83 (0:2), Miloş Adamoviç, 90 (1:2), Tural Qürbətov, 90+1 (1:3), Xuan Manuel Varea, 90+3 (2:3)
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Rza Məmmədov, Rəşad Əhmədov
“Bayıl Arena” stadionu,
17:00. “Simurq” – “Neftçi” - 0:0
Qırmızı vərəqələr: Elvin Yunuszadə, 45+1 ("Neftçi"), Mirhüseyn Seyidov, 90+4 ("Neftçi")
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Fərid Məmmədov
Zaqatala şəhər stadionu
Turnir cədvəli
|
|
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?