Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Qol.Az saytına müsahibəsi
- Ramin müəllim, mövsüm yenicə start götürməsinə baxmayaraq, çempionatda yenə fasilə yarandı. III turun təxirə salınmasına münasibətiniz necədir?
- Bilirsiniz ki, “Bakı” və “Qarabağ” avqustun 27-də Avropa Liqasının təkrar qarşılaşmasına çıxacaqlar. Ayın 28-də isə III turun oyunları start götürür. Bu cür ağır matçlardan dərhal sonra komandaların çempionat oyunlarına çıxması çətin olardı. Üstəlik, millinin toplanışı da bu ərəfəyə təsadüf edəcək. Onu da nəzərə alaq ki, adları çəkilən klubların heyətində həm də milli komandanın şərəfini qoruyan futbolçular oynayırlar . Avroliqa matçlarından dərhal sonra həmin futbolçular millinin düşərgəsinə yollanacaq.
- Gəlin dəqiqləşdirək. Çempionatın III turu konkret olaraq “Bakı” və “Qarabağ”ın oyunlarına görə, təxirə salınıb, yoxsa, millinin toplanışına görə?
- Millinin toplanışına görə.
- Amma etiraf edək ki, çempionatın təxirə salınması “Bakı” və “Qarabağ”a mənfi təsir edə bilər. Çünki onlar hələ də çempionatda oyun keçirməyiblər. Əvəzində “Bazel” və “Tvente” İsveçrə və Hollandiya çempionatlarında müntəzəm olaraq çıxış edirlər. Yəni, söhbət oyun praktikası sarıdan bizimkilərin rəqiblərindən geri qalmasından gedir.
- Başa düşürəm sizi. Amma gəlin bir şeyi də xatırlayaq ki, hələ çempionatın ilk turundan öncə bu klublar özləri PFL-ə müraciət edərək oyunlarının təxirə salınmasını xahiş etmişdilər.
- Qaranlıq qalan bir məqam da var. Çempionatın təşkili və keçirilməsinə nəzarət edən qurum PFL-dir. Amma çempionatın III turunun təxirə salınması ilə bağlı qərarı AFFA İcraiyyə Komitəsi verib.
- Düzdür, çempionatı PFL keçirir. Amma İcraiyyə Komitəsinin belə bir qərar çıxarmasında da qeyri-adi bir şey yoxdur.
- Sizə elə gəlmir ki, bu, İcraiyyə Komitəsi tərəfindən PFL-in işinə müdaxilədir?
- Xeyr, məncə burada heç bir müdaxilə yoxdur. Həm biz, həm də İcraiyyə Komitəsinin tək məqsədi var o da Azərbaycan futbolunun inkişafına nail olmaqdır.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu