Bu gün Avroliqanın play-off mərhələsinin ilk oyunları çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Bakı”yla qarşılaşacaq İsveçrənin “Bazel” klubunun türkiyəli müdafiəçisi Çağdaş Atan komandasının dünənki məşqindən sonra Qol.Az-a müsahibə verib.
- Çağdaş, ilk olaraq oyun haqda fikirlərini bildirərdin?
- Bizim üçün rəqibin kimliyi bir o qədər də önəmli deyil. Çünki “Bazel” daim avrokuboklarda çıxış edib. Çempionlar Liqasında “Barselona” kimi komandaya qarşı oynayıb. Sabah meydana çıxıb, bütün gücümüzü ortaya qoyacağıq ki, İsveçrəyə sərfəli hesabla dönək.
- Sərfəli hesab deyərkən hansı nəticəni nəzərdə tutursan?
- Əsas odur ki, qələbə qazanaq. İstənilən hesablı qələbə bizim üçün sərfəli nəticə deməkdir. Biz meydana qələbə üçün çıxacağıq. Düzdür, “Bakı” güclü rəqibdir. Onların gücünü kiçiltmirəm. Rəqibi ciddi qəbul edirik. Amma biz əsl gücümüzü ortaya qoya bilsək, qələbə qazanacağımızı düşünürəm.
- Bəs, əsl gücünüzü ortaya qoya bilməsəniz necə olacaq?
- Bu halda da mübarizə aparmaq məcburiyyətində qalacağıq. Biz topla oynamağı sevən komandayıq. Ötürmələrimiz lazımı səviyyədə alınmasa, istədiyimiz oyunu qura bilməsək, o zaman gərək vuruşaq. Amma istənilən halda sabah gözəl oyun olacaq. Mənim üçün də qarşılaşma çox önəmlidir. Çünki qardaş ölkənin klubuna qarşı oynayacağam. Mən sizlərlə eyni qanı daşıyıram. Bir daha deyirəm ki, sabah oyunu izləmək üçün stadiona gələnlər maraqlı qarşılaşmaya tamaşa edəcəklər.
- Danışığından belə görünürki çox iddialısan...
- Mən belə deməzdim. “Bakı”ya qarşı hörmətsizlik etmirik. Ciddi rəqib qismində qəbul edirik. Amma ilk oyun Bakıda olduğu üçün bu üstünlükdən yararlanmaq istəyirik. Sərfəli nəticə qazanaraq, İsveçrəyə xoş-əhval ruhiyyə ilə dönmək fikrindəyik.
- Bəs məğlub olsanız... ?
- Bu halda da cavab oyununa daha yaxşı hazırlaşıb, evdə turu keçməyə imkan verən nəticə qazanmağa çalışacağıq. Bizim məqsədimiz Bakıda qələbə qazanmaq yox, qrup mərhələsinə yüksəlməkdir.
- Şansları necə dəyərləndirərdin? Səncə hansı komanda qrup mərhələsinə vəsiqə qazanmağa daha yaxındır?
- Mən belə hesab edirəm ki, biz bir qədər daha şanslıyıq. İlk növbədə ona görə ki, cavab matçını öz meydanımızda keçirəcəyik. Bu da müəyyən üstünlük hesab olunur. Həm də “Bakı”nı yaxşı tanımırıq. Amma burdakı oyundan sonra artıq rəqib haqda tam təsvirimiz olacaq. Amma bir daha deyirəm ki, biz oyuna yaxşı köklənə bilsək, bütün gücümüzü meydanda qoysaq, qələbə qazanacağıq.
- “Bakı”nın oyununa baxmısan?
- Hə, baxmışam.
- Hansı oyununa?
- “Levski”yə qarşı Bakıda keçirdiyi ilk matçı izləmişəm.
- “Bakı”nın həmin matçdakı oyununu necə dəyərləndirə bilərsən?
- “Bakı” yaxşı komandadır. Nizam-intizamlı oyunuyla seçilir. Xüsusən də müdafiə xəttində. Amma mənim izlədiyim həmin oyunda topa çox sahib ola bilmədilər. Çoxlu qol şansı əldə etmədi komandanız.
- Necə düşünürsən, “Bakı” yenə də həmin oyunu təkrarlayacaq?
- Bilmək olmaz. Hər oyun tam fərqli ab-havada keçir.
- İzlədiyin oyundan “Bakı”nın hansısa futbolçusu yadında qalıbmı?
- Uzun boylu bir hücumçunuz var idi. Çox təhlükəli oyunçuya bənzəyirdi. Düzdür, zədələnərək, matçı başa vura bilmədi. Amma bilmirəm ki, sabahkı matçda meydana çıxacaq, ya yox. Bir də deyəsən, yeni bir oyunçu transfer olunub, braziliyalı.
- Həmin braziliyalı son illər “Ankarügücü”də çıxış edən Jabadır.
- Doğurdan?! O gəldi “Bakı”ya?. Sabahkı matçda oynayacaq?
- Oynamalıdır. Onun haqda nə deyə bilərsən?
- Yaxşı futbolçudur, çox yaxşı.
- Yəqin ki, bu vaxta qədər Jabaya qarşı oynamısan?
- Oynamışam. Çox güclü futbolçudur. Sürətlidir, texnikalıdır. Jaba Azərbaycan çempionatında çox qol vuracaq.
- “Bazel”də nə vaxtdan çıxış edirsən?
- Elə də çox deyil. Təxminən iki aydır. Komandada yeni futbolçulardan hesab olunuram. Türkiyədə əvvəllər “Beşiktaş” və “Trabzonspor”da oynamışam. Son klubum isə Almaniyanın “Enerji” komandası olub.
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər
Neymardan təqdirəlayiq addım
Növbəti mundiala hazırlaşırdı, istefaya göndərdilər
"Zirə"nin rəqibi bilindi
Braziliya - Yaponiya: Heyətlər
"Qalatasaray" onu hədəfə aldı
AFFA-da yeni təyinat - Şəkillər
DÇ-2026-dakı uğursuzluğa görə ölümlə hədələnir
"Çelsi" Mareska ilə bağlı bəyanat yaydı
"Mançester Siti" yeni baş məşqçisini açıqladı
“Qəbələ”dən mövsümün ilk transferi
"İmişli" Kaşkilya ilə yolları ayırdı
İtaliya klubunun yeni baş məşqçisi açıqlandı
DÇ-2026-darekord tamaşaçı sayı
Fransa millisindən 96 yaşlı azarkeşə Mbappe jesti
FTB DÇ-2026 zamanı 400-dən çox dronu müsadirə edib
Levandovskinin karyerasında yeni mərhələ
“Barselona” Keyn üçün ilk addımı atdı
"Araz-Naxçıvan"ın rəqibləri açıqlandı