Ağdamın “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl Qol.Az saytına verdiyi müsahibəndə Hollandiya “Tvente”silə avqustun 20-də keçirəcəkləri oyun və yenicə start götürmüş Premyer Liqa matçlarında Ağdam klubunun hədəfləri haqqında danışıb.
- Əmrah bəy, “Tvente” ilə oyunun hazırlığı necə gedir?
- Hər şey qaydasındadır. Gündə iki dəfə məşq edirik və oyuna hazırlaşırıq.
- Düşərgədə əhval-ruhiyyə necədir?
- Əla. Hamıda inam var ki, inşallah, evə sərfəli nəticə ilə qayıdacağıq. Düzdür, heyətdə ciddi itkilərimizin olması bizi narahat edir. Amma inanıram ki, zədəli futbolçuları əvəz edəcək komanda yoldaşları işlərinin öhdəsindən layiqincə gələcəklər.
- Komanda Hollandiyaya nə vaxt yola düşür?
- Sabah birbaşa reyslə Hollandiyaya yollanacağıq.
- Yəqin, oyun öncəsi orada məşq etməyinizdə ciddi problem yaranmayacaq?
- Yox, inanmıram ki, hər hansı problem yarana. Oyun öncəsi qonaq komandanın matçın oynanılacağı stadionda 1 saatlıq məşq keçməsi UEFA tərəfindən də qəbul olunmuş qaydadır. Amma biz Hollandiyada oyun öncəsi 1 yox, 2 məşq planlaşdırmışıq. Sağ olsunlar, hollandlar təşkilatı işləri çox yüksək səviyyədə görüblər. Onu da deyim ki, “Tvente” çox peşəkar, Avropa səviyyəli klubdur. Bizim burada bir adamın gördüyü işi orada on adam nəfər həyata keçirir. Bax, Enshede təmsilçisi bu dərəcədə peşəkar klubdur. Amma bütün bunlar bizim hədəflərimizi dəyişmir və qarşıya qoyulan məqsəd öz yerində qalır.
- Konkret hansı məqsədi nəzərdə tutursunuz? Qələbə yoxsa, məğlub olmamaq?
- İlk növbədə məğlub olmamağı əsas şərt kimi qarşımıza qoymuşuq. Amma imkan olduğu qədər qələbə qazanmağa da çalışacağıq.
- Yəqin xəbəriniz var ki, “Tvente” son turdan sonra Hollandiya çempionatının lideri oldu. Deməli, sizinlə oyuna tam yüksək əhval-ruhiyyədə çıxacaqlar. Qorxmursunuz ki, bu amil “Qarabağ”a maneçilik yarada bilər?
- “Qarabağ”ın özündən asılı olmayan heç bir səbəb ona problem yarada bilməz. Nə olsun ki, “Tvente” Hollandiya çempionatının lideridir? “Rusenborq”da Norveç çempionatının lideri idi və bizimlə oyuna kimi 17 oyun idi uduzmurdu. Axırı nə oldu?
- Bu yaxınlarda verdiyiniz açıqlamada demisiniz ki, yeni futbolçu transfer etməyə ehtiyac görmürsünüz. Əgər Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazansanız, bunun sizə problem yaradacağından ehtiyatlanmırsınız ki? Çünki bu mövsüm Azərbaycan Premyer Liqası da çox gərgin keçəcək.
- İnanmıram ki, heyətlə bağlı hansısa problemimiz olsun. Bizim əsas məqsədimiz odur ki, ilk növbədə yerli gənc, istedadlı futbolçuları yetişdirib üzə çıxardaq, onlara əsas heyətdə oynamaq şansı verək.
- Amma razılaşın ki, eyni anda hazırkı heyətlə həm Avropa Liqasının qrup mərhələsində, həm də Azərbaycan Premyer Liqasında mübarizə aparmaq mümkün deyil. Məsələn, mövcud problemləri göz önünə alan “Bakı” Jabanı transfer etdi. Düşünmürsünüz ki, “Qarabağ”ın da belə bir futbolçuya ehtiyacı var?
- Yenə deyirəm, bizim siyasətimiz tamam başqadır və əsas hədəf yerli futbolçuları yetişdirməkdir. Digər tərəfdən, komandaya futbolçu transfer etmək qərarını mən yox, baş məşqçi verir. Əgər o, yeni futbolçu almaq istəyi ilə rəhbərliyə müraciət etsə, istəyi yerinə yetiriləcək.
- Yəni “Qarabağ”ın maliyyə cəhətdən heç bir problemi yoxdur?
- Şükür Allaha, bu günə qədər komandanın sponsoru olan “Azersun Holdinq” şirkəti tərəfindən bizə qarşı maliyyə məsələsində heç bir problem yaradılmayıb.
- Sonda. “Qarabağ”ın bu mövsüm Azərbaycan Premyer Liqasındakı hədəfi nə olacaq? Yalnız çempionluq yoxsa, mükafatçılar sırasına düşmək?
- Bizim çox gözəl kollektivimiz var. İstər futbolçu olsun, istər texniki heyət. Yenə təkrar edirəm, “Qarabağ”ın qarşısına qoyduğu əsas məqsəd ilk növbədə yerli gəncləri yetişdirmək və Azərbaycan milli komandasına yeni futbolçular bəxş etməkdir. Komandamız çempionatda orta sıralara da oynaya bilər. Amma az öncə qeyd etdiyim hədəf dəyişməz olaraq qalacaq.
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər
Neymardan təqdirəlayiq addım
Növbəti mundiala hazırlaşırdı, istefaya göndərdilər
"Zirə"nin rəqibi bilindi
Braziliya - Yaponiya: Heyətlər
"Qalatasaray" onu hədəfə aldı
AFFA-da yeni təyinat - Şəkillər
DÇ-2026-dakı uğursuzluğa görə ölümlə hədələnir
"Çelsi" Mareska ilə bağlı bəyanat yaydı
"Mançester Siti" yeni baş məşqçisini açıqladı
“Qəbələ”dən mövsümün ilk transferi
"İmişli" Kaşkilya ilə yolları ayırdı
İtaliya klubunun yeni baş məşqçisi açıqlandı
DÇ-2026-darekord tamaşaçı sayı
Fransa millisindən 96 yaşlı azarkeşə Mbappe jesti
FTB DÇ-2026 zamanı 400-dən çox dronu müsadirə edib
Levandovskinin karyerasında yeni mərhələ
“Barselona” Keyn üçün ilk addımı atdı
"Araz-Naxçıvan"ın rəqibləri açıqlandı