17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Oliver Pelzerin müsahibəsi
- Əvvəlcə, təlim-məşq toplanışı çərçivəsində Minsk «Dinamo»su ilə keçirdiyiniz son oyun barədə fikirlərinizi öyrənmək istərdik…
- Rəqibimiz çox güclü komandadır. Gənclər də əsas komandanın tətbiq etdiyi sistem üzrə oynayır. Ona görə də bizə asan olmayacağını bilirdik. İlk hissəyə yaxşı başladıq. Hücum edir və qol vəziyyətləri yaradırdıq. Oyunun əvvəlində hesabı açmağımız üçün 5-6 imkanımız olsa da, dəyərləndirə bilmədik. Düzdür, belarusluların da qol vurmaq üçün şansları oldu. Hər halda, hesabı biz açdıq. Bundan sonra üstünlüyü ələ aldıq. Fasiləyə qədər hesab arasındakı fərqi daha da artıra bilərdik. İkinci hissənin əvvəlində uşaqlar bir qədər konsentrasiyanı itirdilər. Bu ərəfədə 1-2 şansımız olsa da, istifadə edə bilmədik. Uşaqlar həmin anlarda sanki özləri üçün oynayırdılar. Məhz bundan yararlanan rəqib hücumlar təşkil etməyə başladı. Hər halda, uşaqlar tezliklə özlərinə gəldilər. Nəticədə daha iki qol vuraraq hesab arasındakı fərqi 3 topa çatdırdıq. Bundan sonra oyunda tam üstünlüyə yiyələndik. Yenə 3-4 dəfə fərqlənə bilərdik. Amma 3:0-dan sonra 100 faiz konsentrasiyanı saxlamaq heç də həmişə mümkün olmur. Nəticədə bir qol buraxdıq. Bununla belə, qələbə qazana bildik.
- Deyirsiniz ki, oyun ərzində futbolçular bir neçə dəfə konsentrasiyanı itirdilər. Bunun səbəbi nə idi?
- Bu uşaqların 15-16 yaşı var və bu amili nəzərə almaq lazımdır. Digər tərəfdən, İngiltərə Premyer Liqasında və Almaniya Bundesliqasında belə, komandalar 90 dəqiqə eyni cür çıxış edə bilmirlər. Düşünürəm ki, buna təbii yanaşmaq lazımdır.
- Bu toplanış zamanı komandada hansı problemləri aşkar etdiniz?
- Əgər iş varsa, orada problem də olmalıdır. Müdafiə xəttində müəyyən çatışmazlıqlar mövcuddur. Təbii ki, oyunçular nə qədər az səhv edərsə, işlər bir o qədər yaxşı gedər. Ümumiyyətlə, hər bir futbolçu qarşılaşmaya yüz faiz hazır olmalıdır. Minskdəki toplanış ərzində ağır məşqlərimiz oldu və üstəlik, Belarus yığması ilə də qarşılaşdıq. Bunun nəticəsi də özünü göstərir. Futbolçularda yorğunluq hiss olunur.
- Ümumiyyətlə, hazırlıq prosesi sizi qane etdimi?
- Toplanış yaxşı keçdi. Belarus paytaxında hazırlaşdığımız dövrdə bir çox planlarımızı gerçəkləşdirdik. İki yoxlama görüşü keçirdik və bu oyunlarda qələbə qazandıq. Bu da müsbət nəticədir. Onu da qeyd edim ki, biz plan üzrə işləyirik. Almaniyadakı toplanışın davamı burada oldu. Qarşıdan gələn Palanqa turnirinin özü də Avropa çempionatının seçmə mərhələsinə hazırlığın bir hissəsi olacaq.
- Palanqadan söz düşmüşkən, turnirə tam hazır olduğunuzu demək olarmı?
- Təbii ki, uşaqlar yarışa tam hazırdırlar. Təlim-məşq toplanışı da bunu deməyə imkan verir. Lakin yuxarıda qeyd etdiyim kimi, əsas məsələ seçmə oyunlara tam hazır olmaqdır.
- Turnirdəki rəqibləriniz barədə məlumatınız varmı?
- Ukraynanın güclü komanda olduğunu deməyə, məncə, ehtiyac yoxdur. Litva yığması da pis komanda deyil. Onların meydan sahibi olması da vacib məqamdır. Bu o deməkdir ki, litvalıların əlavə üstünlüyü olacaq. Özünüz də bilirsiniz ki, meydan sahiblərinə qarşı oynamaq çox çətindir. İstənilən halda, biz heç bir komandadan qorxmuruq və bütün oyunlarda meydanda mübarizə aparacağıq.
- Təqvim elə qurulub ki, ilk turda istirahət edirsiniz. Həmin vaxt qrupdakı rəqiblərimiz Litva ilə Ukrayna qarşılaşır...
- Bu oyunu mütləq izləyəcəyəm. Məhz ondan sonra hər rəqibə qarşı hansı taktikadan istifadə edəcəyimi müəyyənləşdirəcəyəm. Düşünürəm ki, bu amil bizim xeyrimizə olacaq.
- Turnirdə qarşınıza hansı məqsəd qoyulub?
- Belə yarışlarda hansı nəticəni qazanmağın mümkünlüyünu əvvəlcədən demək çətindir. Burada istənilən nəticə qeydə alına bilər. Lakin biz birinci yeri tutmaq üçün oynayacağıq. Turnirə gediriksə, deməli, qalib gəlmək istəyirik.
- Avropa çempionatının seçmə mərhələsində rəqiblərimiz İngiltərə, Serbiya və Qazaxıstan yığmalarıdır. Bu komandalar haqqında hansısa informasiyaya maliksinizmi?
- Qazaxıstanın oyununa baxmışam. Serbiyanın İngiltərəni 3:0 hesabı ilə məğlub etməsindən də xəbərim var. Sadəcə, bilmirəm ki, qarşımıza məhz bu komandalar çıxacaq, yoxsa tam yeni bir heyətlə qarşılaşacağıq. Çox istərdim ki, bu komandaların oyunlarını canlı izləyim. Bu, mümkün olmasa, rəqiblərin oyunlarının videoyazısına da baxmaq olar. Bütün diqqətimizi seçmə oyunlarda uğur qazanmağa yönəltmişik. İnanıram ki, bu arzumuzu gerçəkləşdirə biləcəyik.
Mənbə: affa.az
Oskar karyerasını başa vurur
Azərbaycan millisinin 4 boksçusu 1/4 finalda
Fransa klubunun yeni baş məşqçisi məlum oldu
Nərimanın atası danışdı
Alkantara İspaniya klubunun təklifini rədd etdi
La Liqanın ən bahalı futbolçuları
Elvin gündəm olan o uşağı ziyarət etdi - Video
"Brentford"un hücumçusu Premyer Liqada hamını qabaqladı
"İnter"in futbolçusu 1 ay oynamayacaq
Premyer Liqada ayın ən yaxşı məşqçisi açıqlandı
AFFA rəhbərliyi Ulu Öndərin xatirəsini yad edib - Şəkillər
"Liverpul"da Salah gərginliyi - Qərar sabah verilə bilər
"Real"dan Vinisiusa ultimatum
Qurban Qurbanov 2025-ci ilin ən yaxşı məşqçisi seçildi
"Fənərbaxça"nın qapıçısı ölkəsinə qayıdır
Bu həftə qələbə qazanmasa, istefaya göndəriləcək
Azərbaycan millisinin üzvü əməliyyat olundu
Dominqes və Abdullayevdən bürünc medal, Məmmədov finalda
"Qarabağ" dünya reytinqində gerilədi - "Sabah"dan sıçrayış
Ərəblər Salaha sərvət təklif edir
İngiltərə millisi üçün DÇ-2026-dan əvvəl iki rəqib
Dörd boksçumuz 1/4 finalda - Avropa çempionatı
UEFA reytinqində Azərbaycanın mövqeyi
Vardi A seriyasında ən yaxşı oyunçu seçildi
"Fənərbaxça"dan 4 cavabsız qol - Video
Səhhəti pisləşən Kamal Quliyev kömək istəyir - Video
Avroliqada pley-off mərhələsini təmin etdilər
"Samsunspor" uduzdu, "Fiorentina" qalib gəldi
"Fənərbaxça"dan darmadağın, "Roma"dan qələbə
"Barselona"da yeni müqavilə
Messinin ən hündür heykəli ucaldıldı
“Səbail” “Difai”ni belə məğlub etdi - Video
“Liverpul” Salahı onunla əvəzləməyə hazırlaşır
Konfrans Liqası matçı öncəsi azarkeş qarşıdurması
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
"Arsenal" böyük klubların hücumçuları ilə maraqlanır
ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu
Yüksək Liqada 10-cu turun oyunları keçirildi
Fransa klubu baş məşqçisini istefaya göndərdi
"Lənkəran" klubunun şikayəti təmin edilmədi
Komanda uduzdu, azarkeşləri stadionu yandırdı
Təxirə salınan oyunla bağlı qərar açıqlandı