Hazırda Lüksemburqda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Bernhard Lippertin müsahibəsi
- U-21 avqustun 1-dən 8-dək Almaniyada təlim-məşq toplanışı keçirdi. Hazırlıq prosesi barədə fikirlərinizi bilmək maraqlı olardı…
- Almaniyada olduğumuz müddətdə futbolçular verdiyimiz tapşırıqları maksimum dərəcədə yerinə yetirməyə çalışdılar. Məşq prosesində fiziki planda hazırlıq üstünlük təşkil edirdi. Uşaqlar da məşq zamanı onlara verilən tapşırıqları yorulmadan yerinə yetirdilər. İndi futbolçular fiziki cəhətdən daha yaxşı formadadırlar.
- Toplanışın son günündə ikitərəfli oyun təşkil etdiniz. Futbolçular necə təsir bağışladılar?
- Uşaqlar oyunda bizim istədiyimizi verə bilmədilər. Bunun isə səbəbləri var. Birincisi, futbolçular həddindən artıq yorğun idilər. İkincisi, Almaniyadakı hazırlığın son günündə komandaya 7 futbolçu qoşuldu. Təbii ki, onlar kollektivə tam uyğunlaşmamışdılar. Bir məsələni də qeyd edim ki, ikitərəfli oyunun özü də məşq prosesinin tərkib hissəsidir. Ona görə də, toplanışa bu oyun əsasında qiymət vermək düzgün deyil. Uşaqların imkanlarından bir qədər də yüksək səviyyədə çıxış etməsini gözləyirdik. Amma etiraf edim ki, buna nail ola bilmədik. Səbəbinə gəldikdə, bəzi futbolçular psixoloji cəhətdən hələ komandaya tam uyğunlaşmayıb. Heyətdə lider xarakterinə malik və komandanı arxasınca apara biləcək futbolçunun olmasını istəyirəm. Əgər toplanışda iştirak edən oyunçuların bir neçəsi U-19-dan, bəziləri isə əsas yığmanın hazırlığından sonra U-21-ə dəvət edilirsə, təbii ki, burada nüfuz ardıcıllığı pozulmuş olur. Çünki U-19-dan gələnlər üçün U-21 yeni komanda sayılırsa, əsas millidən dəvət edilənlər, belə demək mümkünsə, yuxarıdan aşağı enmiş olurlar. Əlbəttə, bu futbolçuları bir çətirin altında birləşdirmək uzun zaman tələb edir. Məsələnin müsbət tərəfi ondan ibarətdir ki, U-19-la U-21-in üzvlərinin daha da yaxınlaşmasına, qaynayıb-qarışmasına şərait yarandı. Yəni U-19-dan 4 futbolçunun U-21-ə cəlb edilməsi artıq keçid dövrünün başlamasından xəbər verir.
- Frankfurtda olduğunuz müddətdə bir yoldaşlıq oyununda da komandanın gücünü sınamısınız. Oyundan razı qaldınızmı?
- Bu oyun komanda üzvlərinin bir-birini başa düşməsi, taktiki sistemin oturuşması, oyunda sürətin artırılıb-azaldılması, matçın gedişatına nəzarət etmək baxımından əla oldu. Komandanın əsas oyunçularından Əfran İsmayılov, Cavid İmamverdiyev, Bəxtiyar Soltanov olmasalar da, çoxsaylı qol epizodları yaratdıq. Sadəcə, həmin imkanlardan istifadə edə bilmədik. Bununla belə, yoldaşlıq oyununda nəticə vacib deyil. Əsas olan verdiyimiz tapşırıqları futbolçuların meydanda necə yerinə yetirməsini görmək idi. Yeri gəlmişkən, həm yoldaşlıq görüşü, həm də ikitərəfli oyun yorğunluq fonunda baş tutmuşdu. Çünki hər gün 2 dəfə, hər dəfə 2 saatdan da artıq məşq edirdik. Bunları nəzərə alsaq, oyun pis keçmədi.
- U-19-dan cəlb edilən oyunçular yeni komanda yoldaşları ilə ayaqlaşa bildilərmi?
- Dəvət etdiyimiz 4 futbolçunun hər biri U-21-də oynaya bilər. Onlar U-21-də olduqları müddətdə daha çox şey öyrənmək imkanına sahib olurlar. Ancaq U-19-un oyunçularını indiki məqamda U-21-in daimi üzvünə çevirmək istəmirik. Oktyabrda U-19-lar arasında Avropa çempionatının seçmə qrup mərhələsinin oyunları keçiriləcək. Biz futbolçuları İsraildə keçiriləcək oyunlara hazırlayırıq. Onların həmin yarışda U-19-a kömək etmələrini istəyirik.
- Bəs yığmanın toplanışından dönən futbolçular barədə nə deyə bilərsiniz?
- Əsas millinin düşərgəsindən dönən oyunçuların fiziki cəhətdən bizdən geri qalmadıqlarını, hətta üstün olduqlarını söyləyə bilərəm. Berti Foqtsun güclü məşqlər keçdiyini bilirik. Həm də hazırlıq prosesindəki rəqibləri buradakılardan daha güclüdürlər. Belə olan halda onlar daha çox şey öyrənmiş olurlar. Onların əsas probleminin psixoloji durumla bağlı olduğunu düşünürəm. Əsas olan həmin futbolçuların bu psixoloji çətinliyi aradan qaldırmaları, oradakı enerji ilə U-21-də məşq etməyi bacarmalarıdır. Yəni U-19-un üzvlərinin bu komanda ilə məşq etmələri onlara xeyir verdiyi kimi, U-21-in oyunçularının əsas millidə olmaları da onlar üçün səmərəlidir.
- Bəxtiyar Soltanovla Rahid Əmirquliyev əsas yığmada qaldılar. Onların yoxluğu Lüksemburqla keçiriləcək oyunla bağlı planlarınızı pozmayıb?
- U-21-in əsas işi milliyə futbolçu yetişdirməkdir. Nə qədər çox oyunçumuz yığmaya cəlb edilsə, buna sevinməliyik.
- Klublarımızın avrokuboklarda keçirdikləri oyunlar zamanı U-21-in üzvləri - Maksim Medvedyev, Əfran İsmayılov, Bəxtiyar Soltanov və Rauf Əliyev meydana çıxdılar. Onların oyunlarını izləyə bildinizmi?
- Təəssüf ki, Bakıda keçirilən oyunlardan yalnız birini - “Levski” ilə matçı stadiondan izləyə bildim. Həmin oyunda da Bəxtiyar cəzalı olduğundan meydana çıxmamışdı. Digər görüşlər keçirilən zaman mən Avstriyada və Almaniyada olmuşam. Amma futbolçular barədə ətraflı məlumat toplamışam. Hər halda, Bəxtiyar pis oynasaydı, Foqts onu əsas yığmaya dəvət etməzdi. Bir faktı da vurğulayım ki, U-21-in üzvlərinin avrokuboklarda meydana çıxması mənim üçün göydəndüşmə oldu. Çünki qitəmiqyaslı oyunlarda futbolçular daha ağır şərtlər altında çıxış edirlər. Təbii ki, bu da onların təcrübə toplamalarına yardımçı olur. Məncə, artıq məşqçilərin yerli gənclərə meydan vermələrinin zamanıdır. Sadəcə, onların səhvlərini də bağışlamağı bacarmalıdırlar. Əgər bunu etsələr, həmin gənc futbolçular yüksələn xətt üzrə inkişaf edəcəklər.
- Lüksemburq yığması ilə yoldaşlıq görüşü barədə fikirlərinizi bilmək istərdik…
- Bu oyunda gücümüzü yoxlayacaq, nəyə qadir olduğumuzu müəyyənləşdirməyə çalışacağıq. Lüksemburqla Albaniyanın oyun dəsti-xətti oxşardır. Ancaq Albaniya yığması daha güclüdür. Bir daha deyirəm, bu görüşü keçirməkdə məqsədimiz komandanın hansı vəziyyətdə olmasını aydınlaşdırmaqdır. Lüksemburq yığmasıın heyətində Portuqaliya, İspaniya əsilli futbolçular var. Lüksemburqda yaxşı məşq düşərgələri fəaliyyət göstərir və onlar son 5-6 ildə istedadlı gəncləri yetişdirməklə məşğuldurlar.
- Albaniya yığması ilə oyunun hazırlıq planı necə olacaq?
- Premyer Liqanın oyunları ilə əlaqədar hazırlığa sentyabrın 1-də başlayacağıq. Çatdıra bilsək, həmin gün, alınmasa, ertəsi gün Tiranaya gedəcəyik.
- Avqustun 12-də Azərbaycan və Almaniya milliləri qarşılaşacaq. Hansı komandaya azarkeşlik edəcəksiniz?
- Azərbaycan millisinə azarkeşlik edəcəyəm. Çünki oyunçularım millinin heyətindədirlər. Ona görə də bu məqamda almaniyalı olduğumu unutmalıyam. Berti Foqts Azərbaycan yığmasına baş məşqçi təyin edildikdən sonra müdafiə xəttini sabitləşdirib. Azərbaycan millisi ilk dəqiqələrdə qol buraxmasa, oyun daha da maraqlı olacaq. Məncə, Almaniya favorit olsa da, onlar bu görüşdə böyükhesablı qələbə qazana bilməyəcəklər.
- Oyuna canlı baxa bilməyəcəksiniz…
- Sözsüz, buna görə təəssüflənirəm. Amma bizim işimiz belədir. Üzərimizdə məsuliyyət var. Almanlar deyirlər ki, iş zövqdən vacibdir. Təəssüf ki, həmin gün işimlə zövqüm üst-üstə düşür. Buna görə də işimi görməliyəm.
Mənbə: affa.az
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı
"Zirə"nin final hazırlığından - Şəkillər