Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun birinci köməkçisi Vaqif Sadıqov “Levski” - “Bakı” və “Qarabağ” - “Honka” qarşılaşmaları, milli komandamızın şərəfini qoruyan futbolçuların hazırlıq səviyyəsi barədə olan fikirlərini Qol.Az-a verdiyi müsahibəsində bölüşüb.
- Vaqif müəllim, bilirik ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin təkrar qarşılaşmasını izləmək üçün Bolqarıstanın paytaxtı Sofiya şəhərində olmusunuz. Odur ki, ilk olaraq “Levski” - “Bakı” qarşılaşmasından başlayaq. Sizcə, mərhələ keçə bilməməyimizə səbəb nə oldu?
- Mərhələ keçə bilməməyimizin səbəbini demək çox çətindir. Yalnız onu deyə bilərəm ki, “Bakı” bunun baş verməməsi üçün əlindən gələni etdi. Mən deməzdim ki, “Levski” səviyyəcə “Bakı”dan üstün komanda idi. Xeyr, burada başqa obyektiv və subyektiv səbəblər var idi. Çünki, heyətindəki futbolçuların səviyyəsinə və büdcəsinə görə, komandamızın bolqarlardan geri qaldığını deməzdim. Ola bilsin hava şəraiti, güclü yağışım yağması “Bakı”nın oyununa da təsirsiz ötüşmədi. Bundan başqa, yeni-yeni formalaşan komandadır və hər şeyin tam yaxşı olması üçün bir qədər zaman ehtiyac var. Ortada hakim faktoru da rol oynaya bilər. Həmçinin rəqib də oyuna çox ciddi hazırlaşmışdı. Bir daha təkrar edirəm, ümumilikdə, “Levski” keçilməsi mümkün komanda idi.
- Burada beynəlxalq təcrübə faktorunu da qeyd etmək olar?
- Mən onu az qala unudacaqdım. Əlbəttə, bu obyektiv səbəbdir. Çünki “Bakı” ilə müqayisədə “Levski” həm köklü klubdur, həm də kifayət qədər beynəlxalq təcrübəsi var. Onlar “Bakı” ilə oyuna xüsusi plan əsasında hazırlaşmışdılar və bu zaman konkret bir yox, iki oyunun nəticəsini nəzərə almışdılar. Yəni, planlarını belə qurmuşdular ki, ilk oyunda minimum qolsuz heç-heçəyə nail olub, təkrar oyunda minimal hesablı qələbə ilə mərhələni keçsinlər. Yenə deyirəm, mərhələni keçməməsinə baxmayaraq, “Bakı”nın peşəkar, nizam-intizamlı klub olduğunu deyə bilərəm. Komandamız heyətində yer alan futbolçularının səviyyəsinə görə də “Levski”dən geri qalmırdı. Çünki Sofiyada komandanın içində olduğumdan, bir daha bunun şahidi oldum.
- “Bakı”nın heyətində yer alan milli üzvü Bəxtiyar Soltanovun oyununu necə qiymətləndirərdiniz?
- Bəxtiyar sona qədər mübarizə apardı. Aqressivliyi ilə seçilirdi. Hücumların təşkilində fəal iştirak edirdi.
- İndi də keçək “Qarabağ”ın oyununa. Ağdam təmsilçisi növbəti uğura imza atdı.
- Bunu təbii qəbul etmək lazımdır. “Bakı” kimi “Qarabağ”ın da oturuşmuş heyəti var. Ən əsası, Qurban Qurbanov müasir futbol modelinə üstünlük verən gənc mütəxəssisdir. Dünənki qələbə də bir daha bunu sübut etdi. Komandamız həqiqətən də, layiqli qələbə qazanaraq mərhələni keçdi. “Qarabağ”ı alqışlamaq lazımdır ki, bu cür möhtəşəm qələbə ilə yenidən Azərbaycan azarkeşlərini sevindirdi.
- Bəs, “Qarabağ”ın formasını geyinən milli üzvləri necə təsir bağışladılar? Sizə elə gəlmir ki, ilk oyunla müqayisədə həm komandamız, həm də milli üzvlüləri bir qədər sönük oynadılar.
- Bilirsiniz, dünənki oyunda ilk növbədə nəticə önəmli idi. Yəni, futbolçulardan tələb olunan nəticə mərhələni keçmək idi. Ola bilsin o qədər baxımlı oyun ortaya qoyulmadı. Amma əsas nəticə idi ki, o da əldə olundu. Şadam ki, bu nəticənin qazanılmasında milli komandamızın formasını geyinən futbolçuların böyük əməyi oldu.
- Artıq klublarımızın növbəti mərhələdəki rəqibləri də məlum oldu. “Bakı” ilə “Qarabağ”ın şanslarını necə dəyərləndirərdiniz?
- Onu deyə bilərəm ki, hər iki klubumuzu çox böyük imtahan gözləyir. Çünki hələ indiyə kimi Azərbaycan klubları bu səviyyədə rəqiblərlə qarşılaşmayıblar. Bunun da səbəbi ondadır ki, həm “Bakı”, həm də “Qarabağ” üçüncü mərhələyə kimi gəlib çıxmağı bacarıblar. Nəticədə “Bazel” və “Tvente” kimi komandaları Bakıya gətirirlər. Onlara qarşı necə mübarizə aparacağımız da çox maraq doğurur. Hər iki komandamızın qrupa düşmək şansı var. “Qarabağ” “Rusenborq” kimi komandanı mübarizədən kənarlaşdırırsa, demək bunu “Tvente” üzərində də etmək olar. Yaxud, güclü heyətə malik “Bakı” “Bazel” səddini keçə bilər. Yəqin ki, üzərlərinə hansı məsuliyyətin düşdüyünü futbolçular özləri də gözəl başa düşürlər. Onların bu gün şəxsiyyətə çevrilmək şansları var. Çünki tarixi, şəxsiyyətlər yazır. Bu gün “Qarabağ” və “Bakı” qrup mərhələsinə düşməyi bacarsalar, bu tarixi yazan futbolçular da şəxsiyyət olmağı bacaracaqlar
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu