- Özünü necə hiss edirsən?
- Hazırda hər şey yaxşıdır. Özümü əla hiss edirəm. Matça tam hazıram.
- Ötən oyun sənin üçün çox uğursuz alındı. Çox ciddi zədə aldın.
- Hə, həqiqətən də çox pis vəziyyətlə qarşılaşmışdım. Rəqib futbolçu başıma ayağıyla güclü zərbə endirdi. Bir anlıq çox güclü ağrı hiss etdim.
- Özünü gəldikdən sonra olanları xatırlayırdın?
- Gözümü açanda gördüm ki, başımın üstündə çoxlu adam var. Bir anlıq özümü itirdim. Nə olduğunu xatırlamağa çalışdım. Lakin yadımda qalan sonuncu an rəqib futbolçunun ayağıyla başıma zərbə endirməsi idi. Vəssəlam.
- Sabahkı matça hazırsan?
- Mən özümü oyuna tam hazır sayıram. Amma meydana çıxıb-çıxa bilməyəcəyimi dəqiq deyə bilmərəm. Buna baş məşqçi qərar verir. Lakin mən özümü hazır sayıram. Şans veriləcəyi halda, bacardığımı edəcəyəm.
- Səndən qol gözləyək?
- Əlbəttə çalışacağam ki, qol vurum. Amma deyə bilmərəm ki, yüz fazi qol vuracağam. Bununla belə yenə də inanıram. Bütün gücümü meydanda qoyacağam.
- “Ekranas”la oyunlarda 3 qol vurdun. Necə düşünürsən, “Levski”nin qapısına da 3 qol vura bilərsən?
- Təbii ki, mən də istəyirəm qol vurum. Amma indiki halda əsas olan komandamızın qələbəsidir. Fərqi yoxdur, qolu mən vurdum, ya başqası.
- “Levski”ylə oyuna xüsusi motivasiya ilə çıxacaqsan? Sənə qarşı olan həmin kobudluq motivasiyanı daha da artıracaq?
- Düzdür, başımdan ciddi zədə aldım. Amma bu futboldur və futbolda belə şeylər olur. Bununla belə, həmin epizodda motivasiyamı daha da artırır. Sizin də dediyiniz kimi, matça xüsusi motivasiya ilə çıxacağam. Digər tərəfdən də oyun bizim üçün çox böyük əhəmiyyət daşıyır. Öz meydanımızda qolsuz bərabərlik qeydə alındı. Buna görə də burada qol vurmalıyıq. Amma tək mən yox, bütün komandanın motivasiyası əladır.
- Necə düşünürsən, “Levski”ni keçmək mümkün olacaq?
- Bunu dəqiq deyə bilmərəm. Amma əmin olun ki, biz gücümüz tükənənədək meydanda vuruşacağıq.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu