Dünən Helsinkidə Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçı çərçivəsində yerli “Honka”nı məğlub edərək daha bir tarix yazan “Qarabağ”ın hücumçusu Vüqar Nadirov Qol.Az-saytına müsahibə verib
- Vüqar, dünənki oyun haqda fikirlərini bilmək istərdik.
- Birinci hissənin ilk dəqiqələrində arxadan oynamağa başladıq. Bu da təbii idi. Çünki rəqibi tam olaraq tanımırdıq. Bir qədər keçdikdən sonra gördük ki, yox, oynamaq, hücuma daha çox çıxmaq olar. Bu mənada ikinci hissədə tamam başqa oyun tərzinə keçdik və hücumların sayını artırdıq. Nəticədə istəyimizə çatdıq və bizə lazım olan qolu vurduq.
- Oyundan görüntüləri izləyərkən bir yox, bir neçə qol vurmaq şansımızın olduğunun gördük.
- Elədir, tamamilə razıyam. Əlavə olaraq 2-3 qol da vura bilərdik. Elə mənim özümün 2 real imkanım olsa da istifadə edə bilmədim.
- “Honka” necə komanda təsiri bağışladı?
- Çox yaxşı komanda idi. Ən üstün cəhətləri o idi ki, top saxlamağı bacarırdılar. Yəni, topu arxadan birbaşa qabağa vurmurdular.
- Bu qələbədən sonra çoxları “Qarabağ”ı artıq növbəti mərhələdə görür.
- Yox, mən bu cür düşünmürəm. Hələ “Qarabağ”ı növbəti mərhələdə görmək çox tezdir. Biz üzərimizə düşən işin yarısını görmüşük. Yarısı hələ qalıb.
- Bildiyimizə görə, Finlandıyada bu oyuna maraq az olub.
- Hə, elədir. Stadionda adam çox az idi. Tribunaların böyük hissəsi boş idi.
- Səncə, bunun əsas səbəbi nə ola bilərdi?
- Vallah, bunu mən necə deyim, öz komandalarıdır. Yəqin maraq yoxdur da, dəstəkləmək istəməyiblər. Bu, finlərin öz problemidir.
- Elvinin qoluna münasibətin necədir?
- Çox yaxşı qol oldu.
- Epizod anında Məmmədovun o cür qol vuracağını gözləyirdin? Çünki o, təkbaşına 4 müdafiəçi ilə mübarizə aparırdı.
- Səmimi desəm, Elvin birinci mübarizədən qalib ayrıldıqdan sonra qola ümidim artı. Şükür Allaha ki, zərbə də düz “doqquzluğ”a getdi.
- “Qarabağ”ın dünənki qələbəsi yerli futbolçuların heç də əcnəbilərdən geri qalmadığına sübut kimi göstərilə bilər?
- Biz hələ heç nəyi sübut etməmişik. Təkrar oyunda da uğurlu nəticə qazanıb “Honka” səddini keçsək, onda bunu sübut edəcəyik.
- Ən azından “Rusenborq” üzərindəki qələbənin təsadüfi olmadığını sübut etdiniz.
- Yox, onu da hələ sübut etməmişik. Yalnız “Honka”nı keçdikdən sonra onu da əminliklə deyə bilərik.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu