Bu axşam Çempionlar Liqasında qrup mərhələsinin son görüşlərinə start veriləcək. İlk oyun günündə baş tutacaq 8 qarşılaşmanın əksəri həlledici xarakter daşıyır. www.etopaz.az "ölüm-dirim" xarakterli matçlardan üçünə "tək oyun" statusu verib.
Ölkəmizdə böyük maraqla gözlənilən "Qalatasaray"-"Yuventus" qarşılaşmasına isə həm "tək oyun" kimi, həm də canlı olaraq mərc etmək olar. Həmin 3 "tək oyun" haqda xüsusi danışacağıq.
"QALATASARAY" - "YUVENTUS" (CANLI MƏRC)
"Cim-Bom"un qələbədən başqa yolu yoxdur. Yalnız "Yuventus" üzərində zəfər Roberto Mançininin komandasını Çempionlar Liqasında saxlayacaq. Əks halda, türklər həm turnirlə vidalaşacaq, həm də UEFA-nın pley-off mərhələsinə yüksələn komandalar üçün ayırdığı yüksək qazancı əldən verəcək. "Qalatasaray" Turindəki matçda 2-2 oynadığından çoxları "Cim-Bom" evdə "Yuventus"u məğlub etmək şansının daha çox olduğunu düşünür. Amma rəqibin "Torino" və ya "Kyevo" deyil, İtaliya futbolunda dəbi müəyyənləşdirən komandalardan sayılan "Yuventus" olduğunu da nəzərə almaq lazımdır. "Qalatasaray" matça optimal heyətlə çıxacaq. "Qoca Sinyora"nın heyətində isə müxtəlif səbəblərdən Sebastyan Covinko, Simone Pepe, Marko Motta, Andrea Pirlo və Mirko Vuçiniçin meydana çıxacağı sual altındadır. www.etopaz.az bu "ölüm-dirim" qarşılaşmasında qonaqları favorit sayır. "Qalatasaray"ın qələbəsi 3.4, heç-heçə 3.3, "Yuventus"un qələbəsi isə 1.8 əmsalla dəyərləndirilir. Görüş başladıqdan sonra canlı mərcə qoşulan proqnoz həvəskarları isə matçın gedişindən asılı olaraq tez-tez dəyişən əmsallarla oynaya bilər.
"MANÇESTER YUNAYTED" - "ŞAXTYOR”
11 xalla qrupda liderlik edən mançesterlilər pley-offa vəsiqəni artıq təmin edib. Ona görə, axşamkı matç "Şaxtyor" üçün daha önəmlidir desək yanılmarıq. Yalnız "Old Trafford"da qazanılan qələbə "Şaxtyor"u rahatlaşdıra bilər. Əks halda, ukraynalılar ən yaxın izləyicisi "Bayer Leverkuzen"in İspaniyada "Real Sosyedad"la görüşdə xal itriməsinə ümid bəsləməlidir. "Real Sosyedad" hətta 3-cü yeri tutmaq şansını da itirdiyindən, mümkündür ki, san-sebastyanlı futbolçular "Bayer"lə duelə lazımınca köklənə bilməsin. Bir sözlə, "Şaxtyor" özünün taleyin ümidinə buraxmamaq üçün bu axşam Mançesterdə qələbə qazanmalıdır. www.etopaz.az "Old Trafford"dakı duel üçün əmsalları belə müəyyənləşdirib: "Mançester Yunayted"in qələbəsi 1.85, heç-heçə 3.3, "Şaxtyor"un qələbəsi 3.2. Qrupun "Real Sosyedad" - "Bayer Leverkuzen" matçı isə www.etopaz.az saytında "ikili oyunlar" kateqoriyasına daxil edilib və həmin oyunun əmsalları belədir: "Real Sosyedad"ın qələbəsi 3.7, heç-heçə 3.4, "Bayer"in qələbəsi 1.7.
"VİKTORİYA PLZEN" - ÇSKA MOSKVA
Hər iki komanda pley-offdan əlini üzdüyündən görüş sırf Avroliqaya vəsiqə verən 3-cü yeri tutmaq baxımından əhəmiyyətlidir. Çexlər 5 oyunun hamısında uduzub. Ruslar isə yalnız ilk dövrədə "Viktoriya"ya Moskvada qalib gəlməklə 3 xal qazana bilib. Çexlər bu axşam sərfəli hesabla qalib gələrsə, Avroliqaya yollanacaq. Oyuna www.etopaz.az saytında bu əmsallarla mərc edə bilərsiniz: "Viktoriya"nın qələbəsi 2.25, heç-heçə 3.1, ÇSKA Moskvanın qələbəsi 2.6.
8 qarşılaşmanın hamısı ənənəvi vaxtda - saat 23:45-də başlayacaq. Liqa həyəcanını həmişəki kimi www.etopaz.az saytı ilə yaşayın. Bizdə təkcə həyəcan yox, həm də qazanc var. Oynayın və qazanın!!!
Etopaz.az
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil
“Qarabağ” qalib gəlib “pley-off”a yüksəldi!
"Lester" klubu satışa çıxarıldı
Haaland 4 rekordla "Ginnesin Rekordlar Kitabı"nda
Açıqlamasına görə azarkeşlərdən üzr istədi
“Sumqayıt” onu komandada saxladı
"Bizi ciddi oynamağa məcbur etdilər"
Qurban Qurbanov Koxalskini ehtiyata göndərdi
“Qarabağ” “Dinamo”ya qarşı bu heyətlə çıxır
La Liqa matçı təxirə salındı
“APL Fantasy”də qeydiyyatdan keçənlərin sayı 10 mini ötdü!
Azərbaycan 1-ci Liqasında yeni mövsümün - Tam təqvimi
"İnter"in futbolçusu "Latsio"da
"Kəpəz"də yeni müqavilə