"Hazırda bir çox ölkələrdə superkubok oyunu keçirilir. Bizdə isə bu oyunu keçirmək alınmırdı. Peşəkar Futbol Liqası sağ olsun ki, yenidən superkubok oyununu təşkil edib. Vaxtında keçirilməsə də, yenə də təşkil olundu. Vaxtında oynanılsaydı, yaxşı olardı. Müsbət hallardan biri də oyunun Naxçıvanda keçirilməsidir".
Qol.Az saytına açıqlamasında bu sözləri əməkdar məşqçi Ağasəlim Mircavadov Azərbaycan superkuboku uğrunda sabah keçiriləcək "Neftçi" - "Xəzər Lənkəran" oyunu haqda danışarkən deyib.
Komandaların şansları haqda danışan Mircavadov həlledici oyunda fovaritin olmadığını qeyd edib: "Komandaların turnir cədvəlindəki mövqelərindən asılı olmayaraq, heç kim oyunun nəticəsi haqda şərh verə bilməz. Çünki belə oyunlara tam başqa bir motivasiya olur. Deməzdim ki, sabahkı oyunda hansısa klub üstün olacaq. Komandanın lider oyunçularından çox şey asılıdır. Psixoloji cəhətdən hansı komanda daha yaxşı hazır olsa, uğur qazanacaq. Əsas odur ki, ədalətli oyun olsun, kim güclüdürsə, o, qalib gəlsin. Hazırda bizim üçün bu vacibdir”.
Hər iki komanda ilə müxtəlif vaxtlarda çempion olmuş təcrübəli mütəxəssis oyuna dəvət almadığını bildirib: "Məni heç kim dəvət etməyib. Canları sağ olsun. Dəvət etməyiblərsə, lap yaxı. Əsas odur ki, bu oyun keçirilir. Bilmirəm, oyunu televiziya vasitəsilə verəcəklər ya yox, ancaq gedib baxmaq olardı".
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi