Ruslan Abışovsuz "Rubin" uduzdu

Ruslan  Abışovsuz "Rubin" uduzdu
GÜNDƏM 21 Oktyabr 2013 / 00:45 3933
-  A +

Rusiya Premyer Liqasında 13-cü turun növbəti oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, milli komandamızın üzvü Ruslan Abışovun çıxış etdiyi "Rubin" klubu səfərdə "Volqa"nın qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Son oyunlarda həmyerlimiz meydana çıxmaq şansı qazana bimirdi. DÇ-2014-ün seçmə mərhələsində millimizin heyətində Rusiyaya qarşı oyunda zədələnən Abışov bu oyunun da iştirak ərizəsinə salınmayıb. Onun iki həftə meydana çıxa bilməyəcəyi gözlənilir.

Qeyd edək ki, Kazan təmsilçisi hazırda 16 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.


21:15."Volqa" - "Rubin" - 2:1

Daha çox


Son xəbərlər
22.09.25  09:00

"Kopenhagen" xal itirdi