Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Ekranas”-“Bakı” və “Rusenborq”-“Qarabağ” matçları və təkrar oyunlarla bağlı Qol.Az-a müsahibə verib.
- Ramin müəllim, deyəsən “Qarabağ”ın dünənki oyunundan sonra əhval-ruhiyyəniz yaxşıdır?
- Bəs necə, əhvalım lap əladır. “Qarabağ” dünən sübut elədi ki, “Qarabağ” elə "Qarabağ"dır.
- O zaman oyunla bağlı fikirlərinizə keçək. Yəqin ki, 0:0 sizin üçün də gözlənilməz nəticə oldu?
- “Qarabağ” dünən Norveçdə çox böyük bir sensasiya göstərdi. Qurban Qurbanov və komandası əsl qəhrəmanlıq nümayiş etdirdi. Düzü, çox gözlənilməz nəticə oldu. Söhbət ondan getmir ki, biz “Qarabağ”a və yerli uşaqlarımıza inanmırdıq. Söhbət ondan gedirdi ki, rəqib həddindən artıq güclü idi. Norveç klubu hər mənada “Qarabağ”dan üstün idi. Amma bizim azərbaycanlı futbolçularımız meydana çıxıb kişi kimi vuruşdular və əsl qəhrəmanlıq nümayiş etdirdilər.
- Yəni, legionerlərdən təşkil olunmuş bir komanda olsa idi, çətin bu nəticəni əldə edərdik hə?
- Yox, burada söhbət heyətin yerlilərdən, yaxud, legionerlərdən təşkil olunmasından getmir. Əsas məsələ baş məşqçi Qurban Qurbanovun düzgün heyət qurmasından və düzgün futbolçuları komandaya dəvət etməsindən gedir. Əldə olunan nəticə baş məşqçinin seçiminin düzgün olduğunu isbatladı.
- İlk qarşılaşmadan öncə heç kim “Qarabağ”ın üğuruna inanmırdı. Bu mənada komandamız Norveçdə 0:3, 0:4 kimi hesabla məğlub olsa idi belə, heç kimin qınaq obyekti olmayacaqdı. Amma Ağdam klubu 0:0 oynamaqla belə demək olarsa “başını bəlaya saldı”. İndi artıq geriyə yol yoxdur və bütün Azərbaycan “Qarabağ”dan mərhələ keçmək gözləyir. Komandamızın şanslarını siz necə qiymətləndirirsiniz?
- Məsələ burada “Qarabağ”ın etapı keçib keçməməsində deyil. Əsas odur ki, futbolçularımız dünən səfərdə “Rusenborq” kimi Avropa səviyyəli rəqibə layiqincə müqavimət göstərdi və bizim mübarizliyimizi sübut etdilər. Təkrar oyuna gəlincə, demək olmaz ki, “Qarabağ” etapı keçəcək. Şəxsən mənim fikrimi bilmək istəyirsinizsə, “Rusenborq”un mərhələni keçmək şansları 70%-dir. Yəni, bu gün hadisələrə real yanaşıb analiz etmək lazımdır. Ola bilsin ki, ilk oyun öncəsi rəqib bizi yaxşı öyrənməmişdi. Təkrar oyuna yəqin ki, daha ciddi hazırlaşacaqlar. Bir daha deyirəm, burada söhbət “Qarabağ”ın etapı keçməsindən getmir. Qurban Qurbanovun komandası dünən yetərincə qəhrəmanlıq nümayiş etdirdilər. Bizim istəyimiz odur ki, Ağdam klubu təkrar oyunda da layiqincə rəqibinə qarşı mübarizə aparsın. Burada mərhələ keçmək əsas tələb kimi də qoyulmaya bilər. Amma bunun üçün şans varsa ondan da istifadə etmək lazımdır. Bu mənada ayın 23-də azarkeşlərdən çox şey asılı olacaq. Elə ayın 21-də keçiriləcək “Bakı”-“Ekranas” matçı ilə bağlı da eyni sözləri deyə bilərəm. Hər iki matçda komandalarımızın uğur qazanması birbaşa “12-ci oyunçu” faktorundan asılı olacaq.
- Yeri gəlmişkən, “Bakı”nın şansını necə qiymətləndirərsiniz? Yəqin ki, “Qarabağ”dan yüksək olar?
- Məncə “Bakı” qətiyyən arxayınlaşmamalı və tam ciddiyət, məsuliyyətlə təkrar oyuna hazırlaşmalıdır. Yenə deyirəm, burada azarkeş amili də xüsusi rol oynayacaq.
- “Bakı” və “Qarabağ”dan fərqli olaraq, “İnter”lə “Simurq” bu mövsüm avrokuboklarda çox uğursuz çıxış etdilər.
- Bilirsiniz, mən deyərdim, onlar da yaxşı komandalardır. Sadəcə bəxtləri gətirdmədi. “Simurq”un cəmi 3 yaşı var və ilk dəfə idi avrokuboklarda iştirak edirdi. “İnter”ə gəlincə, orada yeni baş məşqçi dəyişikliyi olmuşdu və düşünürəm ki, mərhələ keçilməməsində bunun da təsiri oldu.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu
Mahir qol vursa da, komandası mübarizəni dayandırdı
Con van den Brom: "Bunun sayəsində qələbə qazandıq"