"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Premyer Liqanın ilk dövrəsinin yekunları ilə bağlı fikirlərini klubun rəsmi saytına paylaşıb.
Qol.Az-ın məlumatına görə, rusiyalı məşqçi ilk dövrənin nəticələrindən razı qalmadığını bildirib:
“Əgər çempionatın startınadək desəydilər ki, siz ilk dövrədən sonra 16 xalla 3-cü yerdə qərarlaşacaqsınız və liderlə cəmi 2 xal fərqiniz olacaq, mən bundan razı qalardım. Çünki komandamız yeni formalaşırdı, çoxlu yeni futbolçularımız var idi, kollektiv komplektləşməmişdi. Amma hazırda ilk dövrənin nəticələrindən razı deyiləm. Çünki çox yersiz xallar itirdik. Xal itirdiyimiz oyunlarda yalnız “Neftçi” bizi üstələdi. Düşünürəm ki, digər bütün oyunlarda qalib gəlməliydik”.
Syomin Premyer Liqanın səviyyəsi barədə fikirlərini də açıqlayıb:
“Premyer Liqada çıxış edən bütün rəqiblərimizlə qarşılaşdıq. Rəqiblərimizin oyun planında məni təəccübləndirən, gözlənilməz hər hansı bir halla rastlaşmadığımı söyləyə bilərəm. Sadəcə bəzi oyunlarda var gücümüzü ortaya qoya bilmədik. Buna misal olaraq, “Sumqayıt” və “Simurq”la qarşılaşmaları göstərə bilərəm. Tam gücümüzlə çıxış etməməyimizdə rəqiblərimizin də rolu böyükdür. Onlar artıq bizi güclü rəqib kimi qəbul edir və futbolçularımıza qarşı xüsusi tədbirlər görürlər. Startda bəzi yeni futbolçularımıza elə gəlirdi ki, Azərbaycan Premyer Liqası əvvəl oynadıqları çempionatlarla müqayisədə daha zəifdir və onlara qarşı güclü rəqabət olmayacaq. Halbuki Azərbaycan çempionatı yetərincə güclü və gərgin mübarizə şəraitində keçən birincilikdir. Burada güclü məşqçi və futbolçulardan ibarət kollektivlər var. Artıq rəqiblərimizi və mübarizə apardığımız turniri tanıyırıq. Bu da o deməkdir ki, ikinci dövrədə həm münasibətdə, rəqiblərimizə qarşı mübarizədə daha diqqətli olmalıyıq".
Komandanın hazırkı durumundan və X turda baş tutacaq "İnter"-"Qəbələ" matçının hazırlıqlarından söz açan Syomin qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:
“Hazırda komandanın durumu çox yaxşıdır. Turnir cədvəlindəki yerimizi də yaxşı saya bilərik. Rəhbərliyin komandaya münasibəti də yüksək səviyyədədir. İstədiyimiz şərait yaradılıb, işimizə mane olan yoxdur. Qarşıdakı oyunlarda hər şey özümüzdən asılı olacaq. Ümid edək ki, yığma komandalar göndərdiyimiz futbolçular sağlam formada Qəbələyə dönəcəklər. Biz də komplekt şəkildə yolumuza davam edəcəyik. O ki, qaldı “İnter”lə oyuna komanda qarşılaşmaya ciddi hazırlaşır. Mənə rəqibin necə oynadığı deyil, bizim necə oynayacağımız maraqlıdır. Təbii ki, rəqibin oyununu analiz edirik və ciddi yanaşırıq. Ən əsası isə bizim tam gücümüzü nümayiş etdirməyimizdir. Əgər bunu bacarsaq, bizim üçün qorxulu rəqib yoxdur”.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər