"Azərbaycanı məğlub etmək üçün..."

"Azərbaycanı məğlub etmək üçün..."
GÜNDƏM 13 Oktyabr 2013 / 16:05 3414
-  A +

"Rəqibimiz doğma meydanda oynayacaq. Bu istənilən hallda əleyhimizədir. Ancaq Dünya çempionatının final mərhələsinə getmək üçün axırıncı addımımız qalıb və biz bu addımı atmağa hazırıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri Rusiya millisinin üzvü Georgi Şinnikov milli komandamızla oyunöncəsi verdiyi açıqlamasında deyib.

Yerli mətbuata danışan ÇSKA-nın müdafiəçisi  millimizə qarşı oyunun asan olmayacağını bildirib. Qeyd edib ki, heç kim rahatlıqla qələbə gözləməlidir"

"Digər oyunlar kimi bu qarşılaşmada da həyacanlı olacağıq. Ancaq ilk fitdən sonra həyacan itir. Anlayırıq ki, Azərbaycanla oyunda hər hansı bir hesablı qələbə üçün torpağı  gəmirmək lazımdır. Yəni oyuna canımızı qoymalıyıq.  Bu gün rəqibi ətraflı analiz edəcəyik. Lüksemburqla oyunda mənə etimad göstərdikləri  üçün məşqçilər korpusuna təşəkkür edirəm".

"Azərbaycan millisinin üzvlərinin  asanlıqla qalib gələ biləcəklərini deməsinə münasibətin necədir?" sualına gənc oyunçu təmkinlə cavab verib: "Əslində bu, belə görünmür. Öz növbəmizdə onlara cavab vermək istəyirəm ki, bütün gücümüzü sərf edəcəyik ki, qələbə qazanaq".

Qeyd edək ki, Azərbaycan - Rusiya oyunu oktyabrın 15-də saat 22:00-da start götürəcək.

Daha çox


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu