"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində ötən gün evdə Şimali İrlandiyanı 2:0 hesabı ilə məğlub edən Azərbaycan millisi tarixi rekorda imza atıb.
Qol.Az-ın məlumatına görə, yubliey - 200-cü matçına çıxan yığmamız qələbə qazanmaqla tarixində ilk dəfə seçmə mərhələdə 8 xal toplamağı bacarıb.
Üstəlik bu qələbə sayəsində yığmamız turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib. Berti Foqtsun komandasının seçmə mərhələni hansı pillədə başa vuracağı hələlik sual altındadır. Belə ki, oktyabrın 15-də doğma meydanda Rusiya millisi ilə qarşılaşacaq Berti Foqtsun komandası rəqibinə uduzacağı təqdirdə 4-cü pilləni əldən verə bilər. Lakin bir şərtlə ki, millimizin ən yaxın izləyiciləri Şimali İrlandiya və Lüksemburq yığmaları son turda qələbə qazansınlar.
"AÇ-2012"nin seçmə mərhələsində tarixində ilk dəfə 7 xal toplayan millimiz bu dəfə nəticəsini bir qədər də yaxşılaşdırıb. Azərbaycan millisinin seçmə mərhələlərdə öncəki çıxışlarına nəzər salsaq, bu dəfəki nəticənin daha yaxşı olduğunu görərik. Lakin yığmamız Rusiya ilə oyunda ən azı bir xal qazanmaqla nəticəsini daha da yaxşılaşdıra bilər. Üstəlik bu da turnir cədvəlində 4-cü pillədəki mövqeyimizi qorumağa şərait yaradacaq.
Millimizin seçmə mərhələlərdəki sitatiskası
"AÇ-1996"
Azərbaycan - 1 xal (6 komanda arasında 6-cı)
"AÇ-2000"
Azərbaycan - 4 xal (6 komanda arasında 5-ci)
"AÇ-2004"
Azərbaycan - 4 (5 komanda arasında 5-ci)
"AÇ-2008"
Azərbaycan - 5 (8 komanda arasında 8-ci)
"AÇ-2012"
Azərbaycan - 7 xal (6 komanda arasında 5-ci)
"DÇ-2002"
Azərbaycan - 5 xal (6 komanda arasında 6-cı)
"DÇ-2006"
Azərbaycan - 3 xal (6 komanda arasında 6-cı)
"DÇ-2010"
Azərbaycan - 5 xal (6 komanda arasında - 5-ci)
"DÇ-2014"
Azərbaycan - 8 xal (6 komanda arasında 4-cü)
Rusiya ilə oyun qalır
| 1. | Rusiya | 9 | 7 | 0 | 2 | 21 |
| 2. | Portuqaliya | 9 | 5 | 3 | 1 | 18 |
| 3. | İsrail | 9 | 3 | 4 | 2 | 13 |
| 4. | Azərbaycan | 9 | 1 | 5 | 3 | 8 |
| 5. | Şimali İrlandiya | 9 | 1 | 3 | 5 | 6 |
| 6. | Lüksemburq | 9 | 1 | 3 | 5 | 6 |
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər