Lippert: "Layiqli qələbə qazandıq"

Lippert: "Layiqli qələbə qazandıq"
GÜNDƏM 11 Oktyabr 2013 / 00:30 2755
-  A +

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Norveç - Azərbaycan oyunundan (1:3) sonra yığmamızın baş məşqçisi Bernhard Lippert affa.az saytına fikirlərini bildirib.

Qol.Az-ın məlumatına görə, alman mütəxəssis futbolçularından razı qaldığını deyib: “Birinci hissədə rəqibin güclü təzyiqi vardı. Lakin  Norveç yığmasının həmlələrinin öhdəsindən komandamızın əzmkarlığı və qapıçımızın məharətli oyunu sayəsində gəldik. Fasilədən sonra daha yaxşı oynamağa başladıq. Bunun nəticəsində bir neçə qol epizodu yarada bildik. Layiqli qələbə qazandığımızı düşünürəm. Bu qələbəni dünən keçirilmiş prezident seçkisində qələbə qazanmış dövlət başçısına həsr edirik”.

Daha çox


Son xəbərlər
22.09.25  09:00

"Kopenhagen" xal itirdi