"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də Bakıda millimizin qonağı olacaq Rusiya yığmasının yarımmüdafiəçisi Denis Qluşakov ölkəsinin mətbuatına müsahibə verib.
Qol.Az-ın məlumatına görə, D.Qluşakov qarşıdakı oyunlarda xal itirmək haqda düşünmədiklərini bildirib:
"Nə Lüksemburq, nə də Azərbaycanla oyunlarda xal itirməyi düşünmürük. Doğrudur, Azərbaycan millisi evdə keçirilən oyunda bizə çətinlik yaratmışdı. Bizim üçün ağır oyun olmuşdu. Ancaq həmin görüşdə üstün tərəf biz idik və sonda qələbə qazandıq. Portuqaliyanın oyunu bizi maraqlandırmır. Əsas hədəfimiz iki oyunda 6 xal qazanmaqdır".
Qeyd edək ki, oktyabrın 11-də səfərdə Lüksemburqla qarşılaşacaq Rusiya yığması 4 gün sonra Bakıda millimizin qonağı olacaq.
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi