Tərlan Əhmədov "Qəbələ" üzərindəki qələbədən danışdı

Tərlan Əhmədov "Qəbələ" üzərindəki qələbədən danışdı
GÜNDƏM 4 Oktyabr 2013 / 18:50 2512
-  A +

"Hər iki komanda gözəl oyun göstərdi, meydanda sona kimi gərgin mübarizə getdi. Bura gələndə ötən turlarda “Sumqayıt” və “Qarabağ”la oyunlarda itirilmiş xalları kompensasiya etməyi düşünürdük".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun məşqçisi Tərlan Əhmədov "Qəbələ" ilə oyundan (2:1) sonra keçirilən mətbuat konfransında deyib.

T.Əhmədov əsas məqsədlərinin qələbə qazanmaq olduğunu bildirib: "Əsas məqsədimiz qələbə qazanmaq idi. Komanda bu gün istədiyimiz oyunu göstərdi, futbolçular verilən tapşırıqları yerinə yetirdilər. Rəqibin ucaboy, fiziki cəhətdən güclü futbolçuları var. “Qəbələ” bu baxımdan Avropa klubunu xatırladır. Bu cür rəqibə qarşı oynamaq çox çətin idi. Qələbə qazandığımız üçün şadam”.

Daha çox


Son xəbərlər