Futbol üzrə İngiltərə Premyer Liqasında VI turun oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 7 qarşılaşma baş tutub.
London derbisində "Tottenhem" və "Çelsi" klubları qarşılaşıblar. Bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan 1 xalla ayrılıblar - 1:1.
Son çempion "Mançester Yunayted" doğma meydanda "Vest Bromviç"ə 1:2 hesabı ilə uduzub. "Mançester Siti" isə səfərdə "Aston Villa"ya məğlub olub. Səfərdə "Suonsi"ni 2:1 hesabı ilə məğlub edən "Arsenal" vahid liderliyə yüksəlib.
Qeyd edək ki, VI tura sentyabrın 30-da keçiriləcək "Everton" - "Nyukasl" oyunu ilə yekun vurulacaq.
30 sentyabr
İngiltərə Premyer Liqası, VI tur
"Tottenhem" "Çelsi" - 1:1
Qollar: Siqurdson, 19 (1:0), Terri, 65 (1:1)
"Mançester Yunayted" - "Vest Bromviç" - 1:2
Qollar: Amalfitano, 54 (0:1), Runi, 57 (1:1), Berahino, 67 (1:2)
"Sauzhempton" - "Kristal Palas" - 2:0
Qollar: Osvaldo, 47 (1:0), Lambert, 49 (2:0)
"Hall Siti" - "Vest Hem" - 1:0
Qol: Bredi, 12-pen (1:0)
"Fulhem" - "Kardiff Siti" - 1:2
Qollar: Kaulker, 12 (0:1), Ruiz, 45 (1:1), Matç, 90 (1:2)
"Aston Villa" - "Mançester Siti" - 3:2
Qollar: Ture, 45 (0:1), Əl Əhmədi, 51 (1:1), Dzeko, 57 (1:2), Bakuna, 73 (2:2), Veymann, 76 (3:2)
"Suonsi" - "Arsenal" - 1:2
Qollar: Qnabri, 58 (0:1), Remzi, 62 (0:2), Deyvis, 82 (1:2)
29 sentyabr
"Stok Siti" - "Norviç"
"Sanderlend" - "Liverpul"
30 sentyabr
"Everton" - "Nyukasl"
| 1. | Arsenal | 6 | 5 | 0 | 1 | 15 |
| 2. | Tottenhem | 6 | 4 | 1 | 1 | 13 |
| 3. | Çelsi | 6 | 3 | 2 | 1 | 11 |
| 4. | Sauzhempton | 6 | 3 | 2 | 1 | 11 |
| 5. | Mançester Siti | 6 | 3 | 1 | 2 | 10 |
| 6. | Liverpul | 5 | 3 | 1 | 1 | 10 |
| 7. | Hall Siti | 6 | 3 | 1 | 2 | 10 |
| 8. | Everton | 5 | 2 | 3 | 0 | 9 |
| 9. | Aston Villa | 6 | 3 | 0 | 3 | 9 |
| 10. | Vest Bromviç | 6 | 2 | 2 | 2 | 8 |
| 11. | Kardiff Siti | 6 | 2 | 2 | 2 | 8 |
| 12. | Mançester Yunayted | 6 | 2 | 1 | 3 | 7 |
| 13. | Suonsi | 6 | 2 | 1 | 3 | 7 |
| 14. | Stok Siti | 5 | 2 | 1 | 2 | 7 |
| 15. | Nyukasl | 5 | 2 | 1 | 2 | 7 |
| 16. | Vest Hem | 6 | 1 | 2 | 3 | 5 |
| 17. | Norviç | 5 | 1 | 1 | 3 | 4 |
| 18. | Fulhem | 6 | 1 | 1 | 4 | 4 |
| 19. | Kristal Palas | 6 | 1 | 0 | 5 | 3 |
| 20. | Sanderlend | 5 | 0 | 1 | 4 | 1 |
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər