Daha iki məşqçi "Qalatasaray"dan getdi

Daha iki məşqçi "Qalatasaray"dan getdi
GÜNDƏM 25 Sentyabr 2013 / 16:24 3406
-  A +

“Qalatasaray” baş məşqçisi Fatih Terimlə yolları ayırdından sonra daha iki məşqçi İstanbul klubundan gedib.
 
Qol.Az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə,bu gün türk mütəxəssisin köməkçiləri Hasan Şaş və Ümit Davala da istefa veriblər.
 
Hazırda Hasan Şaş və Ümit Davala göz yaşları içərisində Floryada futbolçularla vidalaşır.

Xatırladaq ki, klubun bugünkü məşqində heç bir məşqçi olmayıb.

Qeyd edək ki, Terimin digər köməkçisi Klaudio Taffarel isə son qərarını hələ açıqlamayıb.

Daha çox


Son xəbərlər