Fatih Terim "Real"a məğlubiyyəti şərh etdi

Fatih Terim "Real"a məğlubiyyəti şərh etdi
GÜNDƏM 18 Sentyabr 2013 / 02:38 5644
-  A +

“Belə hesabla bitən oyunlardan sonra çox danışmağa ehtiyac yoxdur. Ancaq deyilesi çox söz var. Ağır şəkildə üç xal itirdik. Xeyli qol epizodumuz oldu. Biz onlardan istifadə edə bilmədikcə, rəqib qol vururdu. Bu hesaba görə azarkeşlərdən üzr istəyirəm”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Fatih Terim “Real”a böyükhesablı (1:6) məğlubiyyətdən  sonra deyib.

Yaxşı oynamalarına baxmayaraq “Real”la bacarmadıqlarını deyən təcrübəi mütəxəssis oyunun qırılma anının birinci qoldan sonra baş verdiyini bildirib: “Əslində 6:1 hesablı oyunda qırılma anı olmur. Ancaq elə birinci qoldan sonra çox şey həll olundu. Komandam oyunda çox şey etdi. Lakin rəqib səhvlərimizi bağışlamadı. Bəlkə də başqa qapıçı olsaydı, Melonun baş zərbəsinin qarşını ala bilməzdi”.

Fatih Terim zədələnərək oyunu davam etdirə bilməyən Didye Droqbanın durumu haqda da danışıb: “Məncə, ciddi problem yoxdur. Sabah onun vəziyyəti haqda dəqiq məlumatımız olacaq”.

Daha çox


Son xəbərlər
04.08.25  10:49

Qvardiola boşanır