"İlk qolumu vurdum. Sevindirici haldır ki, bu debüt oyunumda baş verdi. Amma ən əsası odur ki, qol komandamın işinə yaradı, qələbə qazandıq. İlk oyuna çıxmaq həmişə çətin oyun olur. Mənim kimi uzun zamandır futbol oynamayan birisi üçün bu ikiqat çətin və məsuliyyətlidir. Son rəsmi oyunumu may ayında keçirmişdim. Artıq futbolsuz günlərim arxada qaldı. Düşünürəm ki, debütüm normal alındı".
Qol.Az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqanın 6-cı turunda AZAL-la (1:2) matçda debüt edən və qələbə qoluna imza atan "Qəbələ"nin futbolçusu Daniel Subotiç klubun saytına açıqlamasında deyib.
İsveçrə vətəndaşlığını daşıyan hücumçu növbəti oyunlarda da komandasına yararlı olacağına inandığını bildirib. Futbolçu qol anından danışmağı da unutmayıb:
"Qol epizodunda öncə başla oynamağı düşündüm. Amma son anda fikrimi dəyişdim, topu sinəmlə ram etdim və zərbə vurdum. Pis alınmadı. İlk oyundaca 90 dəqiqə meydançada olmaq çətindir. Bunun üçün yüksək fiziki hazırlıq gərəklidir. Oyuna yaxşı hazırlaşmışdıq. Amma düşünürəm ki, öz üzərimdə hələ çox işləməliyəm. Növbəti oyunlarda da qollarımı davam etdirəcəyimə və komandama yararlı olacağıma inanıram".
Xatırladaq ki, 24 yaşlı hücumçu klubun 160-cı futbolçusu kimi tarixə düşdü. O, bu siyahıda milliləşənlər də daxil olmaqla 74-cü legioner oldu ki, bu oyunçular da 28 ölkəni təmsil edir. Subotiçin vurduğu qələbə qolu “Qəbələ”nin tarixi ərzində rəqib meydanlarında vurulan 150-ci - yubiley qolu oldu. 135-ci səfər oyununda 150-yə çatan “qırmızı-qaralar” 26 dəfə I dəstədə, 17 dəfə kubokda, 107 dəfə Premyer Liqada fərqlənib.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq