Terim: "Burada 40 il daha qalacam"

Terim: "Burada 40 il daha qalacam"
GÜNDƏM 14 Sentyabr 2013 / 10:20 3018
-  A +

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim Türkiyə Superliqasında "Antalyaspor"la oyundan sonra sərt açıqlamalar verib.

Qol.Az-ın qardaş ölkə mətbuatına istinadən verdiyi məlumata görə,o, son zamanlar "Qalatasaray"la müqavilə imzalamayacağı ilə bağlı yayılan xəbərləri yazanları məhkəməyə verəcəyini deyib: " Müqavilə məsələsini "Qalatasaray"ın əleyhinə yazılması kluba zərər verəcək. Bura  mənim bir seçin yerim ola biməz. Gəl dedilər gəldim, qaç dedilər qaçdım, get dedilər geydim. Kimlərinsə yalan xəbərləri niyə yazdığını çox yaxşı bilirəm.  Milliyə kömək edəcəyimi söylədim. Pul da almyacağımı bildirdim. Amma haqqımda hər şey danışılfı. Artıq bu xəbərləri yazanları məhkəməyə vermişik".

Terim "Qalatasaray"ın ona təklif etdiyi müqaviləyə də münasibət bildirib: "Klubla olan müqaviləmizini tək bir sətirini oxumamışam, oxumaram da. Bəlkə burda 40 il daha qalacam".

Daha çox


Son xəbərlər