Həftənin bazar günü - 15 sentyabrda Premyer Liqanın VI turu çərçivəsində AZAL-la qarşılaşacaq "Qəbələ" böyük itki ilə üzləşib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın aparıcı üzvlərindən Rail Məlikov məşq zamanı ağır zədə alıb.
Futbolçunun 4 və ya 5 ay yaşıl meydanlardan kənar qalması gözlənilir. Bu barədə əsas komandanın həkimi Rahim Məhərrəmov məlumat verib. Məhərrəmovun sözlərinə görə, müdafiəçinin ön çarpaz bağları qopub:
"Zədənin ardından Rail dərhal müayinə olundu. Müayinə zamanı məlum oldu ki, müdafiəçimizin ön çarpaz bağları qopub. Bu idmanda çox ağır zədələrdən hesab olunur. Futbolçu sabah əməliyyat üçün Türkiyəyə yollanacaq. O, "Acıbadem" xəstəxanasında əməliyyat olunacaq. Bundan sonra futbolçu 4 və ya 5 ay bərpa prosesi keçməlidir".
Hazırda Bakıda olan Rail Məlikov klubun rəsmi saytına açıqlamasında zədələndiyinə görə məyus olduğunu, ən qısa müddətdə zədəsini bərpa edib komandanın sıralarına dönmək istədiyini vurğulayıb. O, diqqətə görə "Qəbələ" İdman Klubuna təşəkkür edib:
"Komandaya gəldiyim gündən kiçik zədələr məndən əl çəkmirdi. Təəssüf ki bu dəfə çox ağır zədələndim. Sabah əməliyyat üçün Türkiyəyə yollanacam. İnanıram ki, əməliyyatım uğurla sona çatacaq və ən qısa müddətdə zədəmi bərpa edib komandanın düşərgəsinə dönəcəyəm. Klub rəhbərliyinə, həkim heyətimizə diqqətə və dəstəyə görə təşəkkür edirəm".
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya