- Oğlumu hazırlığa qoymaq istəyirəm, mənə təcrübəsi olan bir müəllim lazımdı. Tanıdığın elə biri var, ay qonşu?
- Hə, var, 70 yaşı olar. Azərbaycanın ən savadlı riyaziyyat müəllimlərindəndir, apar onun yanına.
Təhsilimizin göz önündə olduğu müasir dövrümüzdə valideynlərin uşaqlarını repetitor yanına aparması bir sindroma çevrilib desək, yanılmarıq. Bəziləri məktəblərdə verilən təhsilin aşağı səviyyədə olduğunu, bəziləri isə hazırlığa gedərkən məsuliyyətin artdığını səbəb göstərərək bu üsuldan istifadə edir.
Uşağını müəllim yanına qoymaq istəyən valideynlər isə yuxarıda göstərdiyim dialoqdaki kimi çox zaman yaşlı müəllimlərə üz tuturlar.
Ancaq hər təcrübəli müəllim öz şagirdinə savad verə bilirmi?
Çox uzağa getməyim, yaxın bir tanışım repetitor yanına hazırlığa gedirdi. Sözügedən müəllim isə Azərbaycanın ən yaxşılarından biri hesab olunurdu.
Amma inanın ki, o, həmin müəllimin yanına getdiyi iki ay ərzində heç nə öyrənə bilmədi. Şagird həmişə valideynlərinə deyirdi ki, “müəllim dərsi o qədər çətin başa salırdı ki, normal bir şey öyrənə bilmirdim”.
Bəzən isə elə olur ki, gedirsən birinin yanına, səni o qədər danlayır, o qədər aşağılayır ki, özünü doğrudan da heç nə edə bilməyəcək biri hesab edirsən.
Bu gün dünya futbolunda da məşqçi seçərkən adətən, daha yaşlı və daha təcrübəli məşqçilərə üstünlük verilir. Düzdür, Aleks Fergüsson, Arsen Venger, Yupp Haynkes kimi dahilər dünya futboluna çox şey verib. Ancaq yaşlı birinin gənclərdən çox zaman üstün tutulması nə dərəcədə doğrudur? Məşqçinin gənc və ya yaşlı olması uğurun qazanmasında hər zaman rol oynayırmı?
Dörd-beş il əvvəl dünyada “Borussiya” əvvəlki şan-şöhrətini itirməyə başlamışdı. Ancaq indi bu komanda dünyanın ən yaxşı klublarından biri hesab olunmağa başlayıb. Dortmund təmsilçisinin bu uğurları əldə etməsində isə ən böyük səbəbkarın klubun baş məşqçisi Yurgen Klopp olduğu danılmazdır.
45 yaşı olmasına baxmayararaq, dünyanın ən yaxşı baş məşqçilər siyahısına daxil olan alman çalışdırıcının hər zaman işini necə sevərək gördüyü, prinsipiallığı göz qabağındadır. Yaxınlarda Kloppun futbolçuları ilə hazırlıq zamanı fotoları yayılmışdı. Şəkillərə baxdıqda isə gülüşlərin, səmimiyyətin və hörmətin olduğunu asanlıqla görmək olardı.
İldən-ilə daha da təkmilləşən və ulduz futbolçulardan asılı olmayan bu klubda bir gənclik nümanəsinin uğur qazana biləcəyi sübut olundu.
Digər misal: “Tottenhem”in 35 yaşlı portuqaliyalı çalışdırıcısı Villaş-Boaş öz uğurları ilə adından söz etdirməyi bacarıb. Hətta “Çelsi”nin baş məşqçisi Joze Mourinyo belə “Tottenhem”dən qorxduqlarının açıqlamalarının birində etiraf edib.
Bu gün Azərbaycan futbolunda Klopp “Borussiya”, Villaş-Boaşın “Tottenhem”ə etdiklərini eynisini “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov öz komandası üçün edir.
İstər futbolçu olduğu dönəmlərdə, istərsə də baş məşqçi olaraq hər zaman uğurlar əldə etməyə çalışan sadə bir insan! Əldə etdiyi bütün nailiyyətləti Allahın qüdrətinə bağlayan təvazökar biri.
Qurbanov nəinki Azərbaycana bir futbolçu, bir baş məşqçi olaraq da uğurlar qazandırdı. O, həm də futbolumuza olan sevginin artması kimi bir missiyanı layiqincə daşıya bildi.
Stadionu boş olan ölkəmizin mərkəzi stadionlu “Qarabağ”ın sayəsində 31 mindən çox insan üzü gördü. Son dövrlərdə ilk dəfə olaraq bu qədər insan bir amal, bir məqsəd üçün “Qarabağ”ımız üçün birləşdi.
Bir sözlə, Qurbanovun yaratdığı “Qarabağ”la Azərbaycan futbolunu sevməyən minlərlə insanın ölkə futbolu ilə maraqlanmağa başladı. Bəlkə də çoxlarının adını belə unutmağa başladığı və yad etmədiyi Qarabağ kəlməsini klubun sayəsində gün ərzində dəfələrlə təkrarladı.
Əvvəllər xarici klubların formasını geyməyə başlayan uşaqlar daha bu dəfə Ağdam klubunun formalarını axtarmağa başladı və bunu etməklə də fəxr etdi. Xeyli sayda yeniyetmə analarından, atalarından Qarabağ haqqında məlumatlar öyrəndi. “Qarabağ”ın adının işğal olunmuş torpağımızdan götürülüdüyünü bildi. Bəzən bu kimi kiçik detallar bizim üçün adi görsənə bilər. Amma bu, heyətlərində maşın yollarını belə özünə “stadion” etməyə çəkinməyən balaca uşaqların bəlkə də vətənpərvərlik ruhda böyüməsinə səbəb olacaq.
Q.Qurbanov nəinki kişilərin, hətta qadınların belə Azərbaycan futbolunu izləməsinin səbəbkarı oldu. Zərif cinsin nümayəndələri stadiona gedib oyunları izlədi, “Qarabağ”, “Qurban Qurbanov” deyə qışqırdı.
Bu gün AFFA Berti Foqtsu əvəzləyəcək məşqçi axtarışındadır. Çoxları Qurbanovu millinin çalışdırması üçün gənc hesab edir.
Ancaq gəlin razılaşaq ki, Avropada bir çox uğurlar əldə etmiş əcnəbi məşqçilərin çoxusu dünyada 115-ci olan bir yığmanı çalışdırmaq istəməz. Gələn mütəxəssislərin əksəriyyəti isə maddiyatı əsas götürərək bu ölkəni seçəcək.
Əgər bir baş məşqçi çalışdırdığı klubda gənc olmasına baxmayaraq, uğurlar əldə etməyi bacarırsa, gənc olduğuna görə o, millini çalışdıra bilməz?
Yoxsa bizə öz ölkəsinin futbolu üçün çalışacaq, onun uğurlar əldə etməsi üçün can yandıracaq məşqçi (məsələn Qurban Qurbanov) deyil də, çox vaxt pul üçün Azərbaycana gələn əcnəbi qoca (məsələn Berti Foqts) lazımdı? O xarici gəlib tanımadığı, bilmədiyi bəlkə də ilk dəfə adını eşitdiyi bir ölkənin futbolunun uğur qazanmasını bir azərbaycanlıdan daha çox mu istəyəcək?
Gəlin az da olsa, bu sualların cavabını soyuq başla fikirləşək.
A.BƏXTİYARLI
İlin ən yaxşı məşqçisi müəyyənləşdi
"Quba" "Şəmkir"i belə məğlub etdi - Video
Millimizin üzvü oynadı, komandası uduzdu
Vinisius Junior Qızıl top” mükafatında 6-cı yeri tutub
"Neftçi"dən ayrılan futbolçu Afrika klubunda
"Barselona"nın futbolçusu 3 həftə oynamayacaq
Simon Banza da ərəb klubuna keçdi
"Şəmkir" uduzdu, "Ağdaş" və "Şirvan"dan qələbə
Bu həftə keçiriləcək oyunların hakimləri
Buskets karyerasını bitirir
III MDB Oyunlarında futbol yarışının püşkü atıldı
Mastercard Insights: İdman turizmin katalizatoru kimi
1-ci liqa klubunun futbolçusuna cəza
"Səbail" malili oyunçu transfer etdi
Mövsümün futbolçusu kim olub?
Xabi Alonso Arda Güler haqda
Millimizin heyəti açıqlandı
Haaland Sulşerin uğurunu təkrarladı
“Kəpəz” Adil Şükürovu istefaya göndərdi
Misli Premyer Liqasında mövsümün rekordu
İsrail də UEFA yarışlarından kənarlaşdırıla bilər
Toral Bayramov: “Həmin topu evə aparıram”
"İmişli" Azərbaycan çempionatları tarixinə belə düşdü
Toral Bayramovun Premyer Liqada ilk het-triki
"Zirə"nin futbolçusu üçün əlamətdar oyun
"Kopenhagen" xal itirdi
"Arsenal" "Mançester Siti" ilə heç-heçə etdi
"Fənərbaxça"dan xal itkisi - Video
Güləş millimiz dünya ikincisi oldu
“Fənərbaxça”da yeni prezident - Rəsmi
Həsrət Cəfərov finalda uduzdu - Dünya çempionatı
"Neftçi"nin mövsümdəki ilk qələbəsindən - Video
"Müdafiədə böyük səhvlər buraxdıq" - Saşa İliç
"Fənərbaxça"nın yeni prezidenti açıqlandı
Toralın het-triki, "Araz-Naxçıvan"ın "qırmızı"sı - Video
"Neftçi" "Sumqayıt"a qalib gəldi, "Qarabağ"dan darmadağın
"Komandanı azlıqda qoymaq ağır qərar idi" - Elmar Baxşıyev
"Futbolçular daha rahat oynayırdılar" - Qurban Qurbanov
Millimizin təlim-məşq toplanışı üçün heyəti bilindi