Mourinyo: "Real" Özili satmaqda səhv etdi"

Mourinyo: "Real" Özili satmaqda səhv etdi"
GÜNDƏM 4 Sentyabr 2013 / 03:20 4486
-  A +

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo sabiq futbolçusu Mesut Özilin "Arsenal"a transfer olunmasına münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis əzəli rəqibləri sayılan "Arsenal"a transfer olan Özil haqda xoş sözlər deyib. Qeyd edib ki, belə bir futbolçunun satılması düzgün addım deyil.

"Özil tayı-bərabəri olmayan futbolçudur. Nəinki ona bərabər, heç ona bənzəyən oyunçu da tapa bilməzsiniz. Dünyanın ən yaxşı "10 nömrə"sidir. "Real"da hamı Özili sevirdi. Onu Zidan və Fiqo kimi bir futbolçu hesab edirdilər".



Daha çox


Son xəbərlər