Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qol.Az-ın AFFA-nın rəsmi saytına istindən verdiyi məlumata görə, İK Topaz Premyer Liqanın son turunda baş verənlərlə bağlı müvafiq qərarlar çıxarıb.
XXII Topaz Premyer Liqasının V turunun “Sumqayıt” – “Rəvan” matçının 89-cu dəqiqəsində “Rəvan” klubunun 17 nömrəli futbolçusu Ramazan Abbasov simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Hakimlərin idarəçiliyinə Hakimlər Komitəsində baxılsın və İntizam Komitəsinə məlumat verilsin.
XXII Topaz Premyer Liqasının V turunun “Bakı” – “Neftçi” matçının 48-ci dəqiqəsində “Bakı” klubunun 8 nömrəli futbolçusu Cavid Hüseynov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klub 3000 manat cərimələnib.
Oyunun 49-cu dəqiqəsində “Bakı” klubunun 1 nömrəli futbolçusu Aqil Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, kluba 4000 manat cəza kəsilib.
XXII Topaz Premyer Liqasının V turunun “İnter” – “Simurq” matçı başa çatdıqdan sonra “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze mətbuat konfransında iştirak etmədiyi üçün klub 1000 manat cərimə olunub.
Topaz Premyer Liqasının V turunun “Qarabağ” – AZAL matçında hər iki klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar min manat cərimələnib.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı