- İlk olaraq, “Spartak”la səfərdəki matçı haqda fikirlərini bildirərdin.
- Oyun çox gərgin keçdi. Rəqib ilk hissədə iki qol vurmaqla, böyük üstünlük əldə etdi. Amma fasilədən sonra komandamız bir qədər fəallaşaraq, üstünlüyü ələ keçirdi. Sona yaxın Qutinin fərqlənməsi lap yerinə düşdü. Əgər o qolu vurmasaydıq, işimiz daha çətin olacaqdı.
- Sabahkı matç haqda nə düşünürsən?
- Nə düşünə bilərəm? Ancaq və ancaq qələbə. Mütləq rəqibi məğlub edərək, növbəti mərhələyə adlamalıyıq. Başqa heç bir nəticə haqda düşünmürük də. Mütləq lazımı nəticəni qazanmalıyıq.
- Bəs, bunun üçün nə etmək lazımdır?
- Meydana çıxıb, öz oyunumuzu oynamalıyıq. Rəqibə göz açmağa imkan verməməliyik. İlk dəqiqələrdən üstünlüyümüzü göstərməliyik. Çalışmalıyıq ki, orada buraxdığımız səhvləri təkrarlamayaq.
- Ümumiyyətlə, Trnavada nə baş vermişdi? İlk dəqiqələrdən komanda sanki özünü itirmişdi.
- Deməzdim özümüzü itirmişdik. Sadəcə olaraq, bir qədər müdafiədə səhvlərə yol verdik. Hər iki qolu standard vəziyyətdən buraxdıq. Yalnız ikinci hissədə özümüzə gələ bildik.
- Rəqib haqda nə deyə bilərsən? “Spartak” necə komanda təsiri bağışladı?
- Təbii ki, rəqibimiz yaxşı komandadı. Gözəl təsir bağışladılar. İlk dəqiqələrdən hücuma atıldılar və istəklərinə çatdılar. Buna görə də çalışmalıyıq ki, sabahkı oyunda həm hücumda etibarlı oynayaq, həm də müdafiədə diqqətli olaq. Qol buraxmaq heç cür planlarımıza uyğun deyil.
- “Inter”də yeni futbolçusan. Komandaya uyğunlaşmaqla bağlı problem yaşamadın?
- Yox, heç bir problem olmadı. Uşaqların əksəriyyətini əvvəldən də tanıyırdım. Bəziləri ilə də millidə birgə çıxış etmişik. Ona görə heç bir problem yaşamadım.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu
Mahir qol vursa da, komandası mübarizəni dayandırdı
Con van den Brom: "Bunun sayəsində qələbə qazandıq"