“İnter”in və Azərbaycan milli komandasının yarımmüdafiəçisi Cavid Hüseynov Avropa Liqasının ilkin təsnifat mərhələsinin təkrar qarşılaşması çərçivəsində sabah Tofiq Bəhramov adına Respublika stadionunda Trnava “Spartak”ına qarşı keçirəcəkləri matç öncəsi Qol.Az-a müsahibə verib.
- Cavid, gəl əvvəlcə bir həftə öncəyə qayıdaq...
- Yeni baş məşqçimizin rəhbərliyi altında ilk ciddi sınağımıza çıxmışdıq. Yeni məşqçi, yeni taktika, yeni oyun tərzi olduğundan müəyyən çətinliklər oldu. Bu da təbiidir. Uyğunlaşmaq üçün müəyyən zamana ehtiyacımız var. Biz əvvəl tamam başqa futbol oynayırdıq, indi isə tamam fərqli.
- Qolları erkən buraxdınız...
- Birinci qol reallığı əks etdirmirdi. Çünki rəqib həmin an meydanda bizdən üstün oyun sərgiləmirdi. Amma gözlənilmədən hesabı açdılar. Qısa zamanda ikinci qolu da vurdular və bununla da sanki “panika”ya düşdük.
- Rəqib necə komanda təsiri bağışladı?
- Topla elə də güclü deyildilər. Amma istək var idi. Mübarizə aparırdılar. Həm də həddindən artıq çox qaçırdılar. Ancaq dediyim kimi, topla o qədər də güclü deyildilər. Texniki cəhətdən biz, onları xeyli üstələyirdik. İkinci hissədə xeyli qol imkanları yaxaladıq. Dirəkdən dönən zərbələrimiz oldu. Təkrar zərbələr oldu amma,bu dəfə də qapıçıları dəf etdi.
- Komanda yoldaşın Xaqani Məmmədov saytımıza verdiyi müsahibəsində demişdi ki, ilk 25 dəqiqədə komanda sanki yatmışdı.
- Yenə deyirəm, yeni baş məşqçi, yeni taktika olduğundan ilk dəqiqələrdən sıxıntılarımız oldu. Amma razıyam, ikinci qolu qapımızdan buraxandan sonra sanki ayıldıq.
- Məmmədov eyni zamanda bildirmişdi ki, “Xodukinin taktikadan anlayışı yoxdur”. Bir məşqçi kimi ukraynalı ilə gürcünü necə müqayisə edərdin?
- Mən kiminsə adından danışa bilmərəm, yalnız öz adımdan fikir söyləmək istəyirəm. Xodukinin dövründə biz futbol oynamırdıq. Onun bir taktikası var idi o da bu idi ki, topu vur qabağa, qoy orada hücumçular mübarizə aparsınlar. Day necə olacaq, həmin mübarizədən qalib ayrılacaqlar, ya yox, bunu heç kim bilmirdi. Sxadadze isə tamam fərqlidir. Gürcü tapşırıq verir ki, top saxlayaq, yerlə normal futbol oynayaq. Hətta qapıçıya da yersiz yerə topu qabağa vurmağa icazə vermir. Əslində belə də olmalıdır.
- Xodukindən fərqli Sxadadze yerli futbolçulara çox şans verir. Yəqin ki, onun bu addımı səni tam razı salır?
- Əlbəttə. Bu çox müsbət haldır. Düzdür, mən bir futbolçu kimi “İnter”də tanınıb milli komandanın üzvünə çevrildim. Bu mənada, komandama ömrümün sonunacan borcluyam. Amma son durumumdan mən də narazı idim. Çünki oynamaq şansı qazanmırdım. Açığı Xodukin komandada qalsa idi, “İnter”dən gedəcəkdim. Amma Sxadadze yerli futbolçulara inanır, onlara şans verir. Hələ “Standard”da işləyəndə onun haqqında eşitmişdim ki, yerli futbolçulara üstünlük verir. “İnter”ə gələndə də onunla söhbətimiz oldu və mənim özümə demişdi ki, “siz oynayın, formada olun mən şans verəcəm. Özü də sizin arxanızdayam”. Bilirsiniz, bu sözümlə legionerlərə üstünlük verən klublarımızın “bostanına daş atmaq” istəmirəm. Amma inanın ki, yerli futbolçular gəlmələrdən heç də zəif deyillər. Legioner qoy gəlsin, dəfələrlə bunu demişik. Amma gələn elə futbolçu olmalıdır ki, ona baxıb nə isə öyrənə bilək.
- Oynadığın mövqeyindən narazılığın yoxdur ki?
- Xeyr, indi özümü tam rahat hiss edirəm. Xodukinin vaxtında da cinah yarımmüdafiəçisi idim. Amma ukraynalı məni məcbur edirdi ki, yeri gəldi-gəlmədi 90 dəqiqə cinahda dala-qabağa qaçım. İnanın, nəfəsim kəsilirdi. Həddindən artıq çox güc itirirdim. Axı boş yerə qaçanda həm güc itirirsən, həm də komandaya faydan dəymir. Sxadadze isə lazım olan anda ortaya girməyə də icazə verir, mərkəzdən hücuma dəstək verməyə də. Daha əvvəlki kimi boş-boşuna dala-qabağa qaçmıram.
- Sonda. Avrokuboklarda mübarizə aparan digər klublarımızın da şanslarına münasibət bildirməyini istərdik.
- Səmimi deyirəm, komandamızın rəqibləri haqqında heç bir məlumatım yoxdur. Odur ki, heç nə deyə bilmərəm. İlk oyunu evdə uduzduğundan “Simurq”un vəziyyəti çətindir. Hər halda, onlara uğurlar arzulayıram. İnanıram ki, “Bakı”, “Qarabağ” və biz mərhələ keçməklə Azərbaycan futbolunda gedən inkişafı hiss etdirmiş olacağıq.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu
Mahir qol vursa da, komandası mübarizəni dayandırdı
Con van den Brom: "Bunun sayəsində qələbə qazandıq"