- “Kocaelispor”la artıq rəsmi müqavilə imzalamısan?
- Hə, artıq rəsmən “Kocaelispor”un futbolçusuyam. Qarşıdakı 3 ildə məhz bu komandaya məxsus olacağam.
- “Bakı”yla məsələni necə yoluna qoydun?
- Sağ olsun, “Bakı” rəhbərliyi. Başda Zeynal Məmmədov olmaqla, klub rəsmilərinə təşəkkür edirəm ki, karyeramı Türkiyədə davam etdirməyimə maneçilik törətmədilər. Əksinə, bu işdə mənə dəstək oldular.
- Bir ara “Olimpik-Şüvəlan”a keçəcəyin deyilirdi.
- Hə, belə bir variant var idi. Komandanın baş məşqçisi Əsgər Abdullayevlə münasibətlərim yaxşıdır. Onunla çoxdan tanışıq. Xeyli müddət rəhbərliyi altında oynamışam. Amma bu komandaya keçidim müəyyən səbəblərdən alınmadı.
- Digər yerli klublardan təklif almışdın?
- Yox, elə bir təklif yox idi. Şaiyələr gəzirdi ki, bir-iki komanda mənimlə maraqlanır. Amma ortada olan real təklif ancaq “Olimpik-Şüvəlan”dan gəlmişdi.
- Bəs Türkiyədən?
- Menecerim deyirdi ki. Türkiyədə bəzi klublar mənimlə maraqlanır. Aralarında superliqa təmsilçisi də var idi. Amma əsasən birinci liqanın 2-3 klubu xidmətimdə maraqlı idi.
- Amma sən “Kocaelispor”da qalmağa üstünlük verdin.
- Hə, sonda yenidən “Kocaelispor”a qayıtdım. Ona görə ki, bu komanda mənim üçün artıq doğmalaşıb. Yarım il oynamışam. Komandaya yaxından bələdəm.
- Amma yarım il ərzində cəmi bir rəsmi matçda forma geydin.
- Orası elədir. Amma inanıram ki, bu dəfə hər şey fərqli olacaq. Mən hələ son mövsümdə daha çox oynaya bilərdim. Amma baş məşqçi mənə demək olar ki, heç cür şans vermirdi. Hər dəfə deyirdi ki, bu dəfə səni meydana buraxacağam. Amma heyət açıqlananda məlum olurdu ki, yenə də meydana çıxamayacağam. Bu cür hallar da istər-istəmız futbolçuya pis təsir edir.
- Ərhan Altın sənə cəmi bir oyunda şans versə də, ilk matçdaca Türkiyə çempionatında qol hesabını açmağı bacardın
- Hə, amma kaş ki, daha çox oynayaydım. Özüm də canla-başla məşq edib, oyunlara hazırlaşırdım. Amma heç cür özümü göstərmək üçün şans qazanmırdım. Təbii ki, superliqada ilk matçdaca fərqlənmək xoşdur.
- Mövsüm başa çatdıqdan sonra səninlə danışarkən, demişdin ki, Türkiyədə qala bilmirsən. Çox darıxırsan. Bəs yenə də eyni problemlə qarşılaşmaqdan qorxmursan?
- Darıxmağına darıxırdım. Amma həm heyətə düşməməyim, həm komandada olan maddi problemlər məni daha da sıxırdı. İnanıram ki, bu dəfə hər şey tamam fərqli olacaq. İstənilən halda, həqiqətən də darıxırdım. Həm Bakı, həm də ailəm üçün. Vətənin yerini heç yan verə bilməz.
- Ötən mövsümdən fərqli olaraq, bu dəfə superliqada deyil, birinci liqada oynayacaqsan. Düşünmürsən ki, bu səninçün geriləmək anlamına gəlir?
- Yox, niyə ki? Düzdür, birinci liqa ilə superliqanın səviyyəsi bir deyil. Amma tam əminliklə deyirəm ki, Türkiyənin birinci liqası Azərbaycan premyer-liqasından daha səviyyələdir.
- Bu mövsüm “Kocaelispor”un qarşısına hansı məqsəd qoyulacaq?
- Məqsədimiz birdir - yenidən superliqaya qayıtmaq.
- Səncə, bu mümkün olacaq?
- İndi bu suala cavab vermək çətindir. Bunu zaman göstərəcək. Amma biz sonadək vuruşacağıq. Yaxşı kollektivimiz var. İnanıram ki, heyətimiz bir qədər də gücləndikdən sonra, işimiz daha da asanlaşacaq.
- Necə düşünürsən, sənin kimi Rəşad Sadıqov da İzmitə geri qayıdacaq?
- Bunun dəqiq bilmirəm. Rəşad hazırda “Qarabağ”la birgədir. Geri qayıtdıdan sonra hər şey məlum olacaq. Amma Rəşadın superliqada oynaması da mümkündür. Fikrimcə, o məhz superliqada çıxış etməlidir. Amma bura qayıtsa, mənim üçün də çox xoş olardı. Çünki Rəşad əla oyunçu olmaqla yanaşı, həm də gözəl insandır.
- Keçmiş klubun “Bakı” bir neçə gündən sonra Çempionlar Liqasında mübarizəyə qoşulacaq. Səncə, “Ekranas”ı mübarizədən kənarlaşdırmaq mümkün olacaq?
- Niyə də yox? “Bakı” çox güclü komandadır. Heyətdə yaxşı futbolçular toplaşıb. Haciyevski kimi də məşqçi var. İnanıram ki, “Bakı” təkcə bu mərhələni keçməyəcək, daha çox irəli gedəcək.
- Bu gün Türkiyədə legioner həyatı yaşamaq heç də hər azərbaycanlı futbolçuya qismət olmur. Vətənə qayıtdıqdan sonra özünə qarşı hansı münasibəti hiss etdin?
- Yaxınlarımın, dostlarımın münasibəti əvvəlki kimidir. Amma mənə təsir edən şeylər də var. Bəziləri var ki, məni hesabdan siliblər. Amma mən öz gücümə arxayınam. İnşallah, yeni mövsümdə “Kocaelispor”un heyətindəki çıxışımla adımdan söz etdirəcəyəm. Bir daha nəyə qadir olduğumu hamıya göstərəcəyəm. Ramal Hüseynovun hesabdan silənlər yanılırlar.
- Ramal, vaxt var idi ki, ölkənin ən perspektivli futbolçularəndan biri idin. Böyük gələcək vəd edirdin. Amma heç cür potensialını aça bilmədin. Karyeran ərzində heç ölkə çempionu da olmamısan. Səncə, niyə belə oldu? Axı bu gün hər şey tamam fərqli ola bilərdi...
- Hə, həqiqətən də düz deyirsən ki, bu gün hər şey fərqli ola bilərdi. Amma alın yazım belə imiş, nə etmək olar? Amma həqiqətən də o vaxtlar “Hammürbü”yə keçsəydim, bu gün kim bilir haradaydım. Alınmadı. İnşallah, bundan sonra yaxşı olar. Doğurdan da çempion olmamışam. Olaram da. Hələ nə yaşım var ki? (gülür) Amma iki dəfə kuboku qazanmışam.
- “Hammürbü”dən söz düşmüşkən. O vaxt İsveç klubuna keçidin niyə alınmadı?
- Bu barədə çox danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, həqiqətən də “Hammürbü”yə keçidim çox real idi. Hətta 15-20 gün komandanın düşərgəsində də oldum. Amma mənim transferimə görə elə pul istədilər ki... Həmin vaxt üçün fantastik pul idi. O məbləği nəinki o vaxt, heç bu gün də Azərbaycanda alan yoxdur.
- Kim istədi?
- Ad çəkməyəcəyəm, özün yaxşı bilirsən. Bəlkə də “Hammürbü”yə keçsəydim, bu gün kim bilir haralardaydım.
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı
"Zirə"nin final hazırlığından - Şəkillər