UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə beş qarşılaşma baş tutub.
Qazaxıstanın “Şaxtyor” klubu Hollandiyanın “Seltik” komandasına, "Real Soseydad" isə "Lion"a 2:0 hesabı ilə qalib gəlib. Portuqaliyanın “Pakos de Fereyra” klubu öz meydanında “Zenit”ə böyük hesabla uduzub - 1:4. PSV “Milan”la 1:1 hesablı bərabərə qalıb. “Viktoria” isə “Maribor”u 3:1 hesabı ilə məğlub edib.
Bu gün keçiriləcək beş oyunla pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Qeyd edək ki komandalar arasında cavab oyunları avqustun 27 və 28-də baş tutacaq.
Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunlar
20 avqust
20:00. "Şaxtyor" (Karaqanda, Qazaxıstan) –"Seltik" (Şotlandiya) - 2:0
Qollar: Finonçenko, 12 (1:0), Serges Xizniçenko, 77 (2:0)
23:45. PSV (Hollandiya) – "Milan" (İtaliya) - 1:1
Qollar: El Şaravi, 15 (0:1), Matavz, 60 (1:1)
23:45. "Pakos de Fereyra" (Portuqaliya) – "Zenit" (Rusiya) - 1:4
Qollar: Şirokov, 27 (0:1), Andre, 58 (1:1), Şirokov, 60 (1:2), Kerjakov, 85 (1:3), Şirokov, 90 (1:4)
23:45. "Lion" (Fransa) - "Real Sosyedad" (İspaniya) - 0:2
Qollar: Qriezman, 17 (0:1), Seferoviç, 50 (0:2)
Qırmızı vərəqə: Bisevak, 75 ("Lion")
23:45. "Viktoriya" (Çexiya) – "Maribor" (Sloveniya) - 3:1
Qollar: Cisovski, 8 (1:0), Darida, 58 (2:0), Mejac, 66 (2:1), Duris, 90 (3:1)
21 avqust
23:45. Şalke" (Almaniya) – PAOK (Yunanıstan)
23:45. "Fənərbaxça" (Türkiyə) – "Arsenal" (İngiltərə)
23:45. "Dinamo" (Zaqreb, Xorvatiya) – "Avstriya" (Avstriya)
23:45. "Ludogorets" (Bolqarıstan) – "Bazel" (İsveçrə)
23:45. "Styaua" (Rumıniya) – "Legia" (Polşa)
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı