- Yəqin ki, “Simurq”un “Bney Yehuda” ilə oyununa baxdın?
- Hə, “Simurq”un oyununa baxdım və deyərdim ki, Zaqatala klubu o qədər də yaxşı təsir bağışlamadı. Əksinə, israillilər çox yaxşı oynadılar. Orta xəttləri xüsusilə güclü idi. Yaxşı top saxlayırdılar. Çox texnikalı, ağıllı futbol oynayırdılar. Bizim komanda isə meydana bir hücumçu ilə çıxmışdı. Evdə isə bu taktika ilə uğur qazanmaq olmaz. Dirəyə dəyən epizodu saymasaq, real qol epizodu yaxalaya bilmədik. Rəqibə fikir verdiniz? Arxada 3 müdafiəçi ağılla “Simurq”un bütün hücumlarını dəf edirdi. Orta xətdə 5 futbolçu həm eyni vaxtda hücum çıxır, həm də müdafiəyə kömək edirdilər. Ön xətdə isə 2 hücumçu işlərinin öhdəsindən gəldilər.
- “Simurq”da daha çox nə çatmadı?
- Komanda top saxlamırdı. Kimə top düşürdü vururdu qabağa. Belə vəziyyətlərdə də, sənin top yiyələnmə ehtimalın 50 faizdir. Yəni, top vurulur irəli, orada isə şanslar bərabərdir. Hücumçu da topa yiyələnə bilər, rəqibin müdafiəçisi də. Üstəlik, nəzərə alaq ki, “Simurq” irəlidə bir hücumçu ilə oynayırdı. Ümumiyyətlə, hələ ki, Azərbaycanda top saxlamağı bacaran komanda kimi yalnız “Neftçi”nin adını çəkə bilərəm.
- “Simurq”un növbəti mərhələyə keçmək şansını necə qiymətləndirərdin?
- Şans həmişə var. Amma belə oyunla növbəti mərhələyə keçmək çox çətindir. Özü də İsrail klubları evdə çox yaxşı oynayırlar. Orada azarkeş dəstəyi də həmişə güclü olub.
- “İnter”in şanslarını necə qiymətləndirərdin?
- Düzü, “İnter”in oyununa baxmadığımdan fikir yürüdə bilmərəm. Amma 2:1 yaxşı nəticə sayılmalıdır. Özünüz də bilirsiniz ki, səfərdə vurulan 1 qol həmişə ikiyə bərabər olur. Mən elə düşünürəm ki, “İnter”in mərhələ keçmək şansı yüksəkdir. Bizim dövrümüzdə “Neftçi” səfərdə “Şrioki Breyq”ə 1:2 hersabı ilə məğlub olsa da, evdə 1:0 qalib gələrək növbəti mərhələyə keçməyi bacarmışdı. Düşünürəm ki, “İnter” də bunu bacaracaq.
- “Bakı”nın şansları haqqında nə deyə bilərsən?
- “Ekranas”ı o qədər də zəif komanda saymaq olmaz. Amma ümumi götürdükdə “Bakı”nın favorit sayıram. Həm heyətinə görə, həm də maddi durumuna görə.
- Sonda “Qarabağ”la bağlı fikirlərini də bildirərdin.
- Hə, “Qarabağ”ın işi yaman çətindir. Bəxtləri heç gətirmədi. “Rusenborq” Avropa səviyyəli klubdur. Neyləmək olar? Ağdam klubunun bir yolu var o da çıxıb mübarizə aparmaq. Amma onu deyim ki, mərhələ kemək şansları çox, çox aşağıdır. Maksimum vətənpərvər olub şansları simvolik 50/50 dəyərləndirərdim.
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər
Neymardan təqdirəlayiq addım
Növbəti mundiala hazırlaşırdı, istefaya göndərdilər
"Zirə"nin rəqibi bilindi
Braziliya - Yaponiya: Heyətlər
"Qalatasaray" onu hədəfə aldı
AFFA-da yeni təyinat - Şəkillər
DÇ-2026-dakı uğursuzluğa görə ölümlə hədələnir
"Çelsi" Mareska ilə bağlı bəyanat yaydı
"Mançester Siti" yeni baş məşqçisini açıqladı
“Qəbələ”dən mövsümün ilk transferi
"İmişli" Kaşkilya ilə yolları ayırdı
İtaliya klubunun yeni baş məşqçisi açıqlandı
DÇ-2026-darekord tamaşaçı sayı
Fransa millisindən 96 yaşlı azarkeşə Mbappe jesti
FTB DÇ-2026 zamanı 400-dən çox dronu müsadirə edib
Levandovskinin karyerasında yeni mərhələ
“Barselona” Keyn üçün ilk addımı atdı
"Araz-Naxçıvan"ın rəqibləri açıqlandı
Şotlandiya millisinin baş məşqçisi istefa verdi
25 yaşında karyerasını bitirdi - "Zirə"də çalışacaq
DÇ-2026 matçının ictimai yayımı zamanı atışma
Daha bir mövsüm "Araz-Naxçıvan"da - Rəsmi