İspaniya La Liqasında yeni mövsüm başlayır

İspaniya La Liqasında yeni mövsüm başlayır
GÜNDƏM 17 Avqust 2013 / 12:18 2801
-  A +

Bu gün futbol üzrə İspaniya La Liqasında yeni mövsümə start veriləcək.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq.

Turun açılış matçında "Real" (Sosyedad) və "Qetafe" komandaları üz-üzə gələcək. Digər iki cütlükdə "Valyadolid" - "Atletik" (Bilbao) və "Valensiya" - "Malaqa" qarşılaşmaları keçiriləcək.

"Land of fire Azerbaijan" formalı "Atletiko" (Madrid) klubu isə sabah yeni mövsümdə ilk matçına çıxacaq. Madrid təmsilçisi səfərdə "Sevilya"nın qonağı olacaq.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner