Dünya çempionatının final gecəsi 346 avroya

Dünya çempionatının final gecəsi 346 avroya
GÜNDƏM 17 Avqust 2013 / 03:02 2142
-  A +

Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək 2014-cü il futbol üzrə dünya çempionatının final matçında otelin bir gecəsi orta hesabla 346 avro olacaq.
 
Bu barədə “Bild” nəşri Braziliya Milli Turist Bürosunun hesabatına istinadən xəbər yayıb.
 
Hesabatda bildirilir ki, mundialın başlanmasına 10 ay qalmış Rio-de-Janeyroda otel qiymətləri görünməmiş həddə çatıb. Halbuki 2006-cı il dünya çempionatının final matçında Berlin otellərində 225 avro olub. 2010-cu il mundialında isə Yohannesburqda bu məbləğ 150 avro təşkil edib.
 
Qeyd edək ki, 2014-cü il dünya çempionatının təşkilatçıları 3 milyondan çox qonağın, o cümlədən, 500 mindən çox xarici turistin gəlişini gözləyirlər. Mundial gələn il iyunun 12-dən iyulun 13-dək keçiriləcək (Lent.az).

Daha çox


Son xəbərlər
22.09.25  09:00

"Kopenhagen" xal itirdi