Topaz Premyer Liqanın avqustun 18-də baş tutacaq “Qarabağ” – “Xəzər Lənkəran” oyunundan bir gün əvvəl hər iki komandanın matçın keçiriləcəyi 8-ci kilometr qəsəbəsi stadionunda məşq etməsi mümkün olmayacaq.
Qol.Az-ın məlumatına görə, buna avqustun 17-də həmin arenada Premyer Liqanın başqa bir görüşü - “Neftçi” - “Simurq” matçının oynanılacağı səbəb olub.
Qeyd edək ki, “Aytraxt”la Avroliqanın pley-off matçına qədər Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünündə problem yaranmaması üçün “Qarabağ” ev oyunlarını müvəqqəti olaraq 8-ci kilometr qəsəbəsi stadionunda keçirir.
“Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə Qol.Az saytına bildirib ki, Ağdam klubunun və “Xəzər Lənkəran”ın oyunöncəsi normal məşq etməsi üçün onlar tərəfindən hər iki komandaya İsmət Qayıbov adına Bakıxanov qəsəbəsi stadionu təklif olunub: “Bununla bağlı klubumuzun prezidenti Sadıq Sadıqov bizə tapşırıq verib. Hazırda Baxıkanov stadionunun ot örtüyü 8-ci kilometr stadionunun qazonundan da yaxşıdır. Əgər “Qarabağ” və “Xəzər Lənkəran” istəsə, oyun öncəsi məşqlərini “Neftçi”nin digər stadionu olan Bakıxanov qəsəbəsindəki arenada keçirə bilər”.
G.Abbaszadə onu da deyib ki, əgər "Qarabağ"ın "Ayntraxt"la oyununa qədər komanda Respublika stadionunda məşq edə bilməsə, o zaman da Bakıxanov qəsəbəsi stadionundan yararlana bilər.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya