Bu gün "DÇ-2014"ün seçmə mərhələsində millimizin yer aldığı F qrupunda təxirə salınmış bir oyun keçirilib.
Qol.Az-ın məlumatına görə, Rusiya millisi səfərdə Şimali İrlandiyanın qonağı olub.
Fabio Kapellonun komandası bu görüşdə qələbə qazanacağı təqdirdə qrup liderliyini yenidən ələ keçirəcəkdi. Britaniya təmsilçisi isə bu görüşdən 1 xalla ayrılarsa, turnir cədvəlində yığmamızla xal ehtiyatını eyniləşdirəcəkdi. Lakin Şimali İrlandiya rəqibini 1:0 hesabı ilə məğlub edərək turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib.
Qeyd edək ki, Şimali İrlandiya - Rusiya oyunu martın 22-də keçirilməli olsa da, əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmışdı.
14 avqust
"DÇ-2014"ün seçmə oyunu
23:45. Şimali İrlandiya - Rusiya - 1:0
Qol: Paterson, 43 (1:0)
| 1. | Portuqaliya | 7 | 4 | 2 | 1 | 14 |
| 2. | Rusiya | 6 | 4 | 0 | 2 | 12 |
| 3. | Israil | 6 | 3 | 2 | 1 | 11 |
| 4. | Şimali İrlandiya | 6 | 1 | 3 | 2 | 6 |
| 5. | Azərbaycan | 7 | 0 | 4 | 3 | 4 |
| 6. | Lüksemburq | 6 | 0 | 3 | 3 | 3 |
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı