“Mövsüm yeni başlayıb, hər bir qələbə bizi sevindirir. Komanda qələbə əzmini geri qaytarır. Çempionat 4 dövrəlidir, çatışmazlıqlarımız var".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun məşqçisi Tərlan Əhmədov "Rəvan"la oyundan sonra (2:0) keçirilən mətbuat konfransında deyib.
T.Əhmədov "Rəvan"la oyunlarda çətinlik çəkdiklərini etiraf edib: "Əvəzetmələrimiz uğurlu oldu. İki mövsümdür ki, “Rəvan”la oyunlarda çətinlik çəkirik. Hələlik qolları Bahodır Nasimov vurur. Lakin Melvin Platyedən də yararlanacağıq.
Cənubi amerikalı fubolçularla müqayisədə avropalılar bizim çempionata daha gec uyğunlaşır. Ümid edirəm ki, tezliklə gözlədiyimiz oyunu göstərəcək. Cavid İmamverdiyevi zədə üzündən itirmək istəməzdik. Karlos Kardosonu sınamaq üçün bu gün İqor Mitreskiyə istirahət verdik. Fikrimcə, ilk oyun üçün Kardoso yaxşı təsir bağışladı”.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı