“Hər iki komanda qələbə üçün oynayırdı. Çətin oyun oldu. Komandamın turdan-tura daha yaxşı oynayacağını demişdim. İlk hissədə baxımlı oyun göstərdik. İkinci hissədə isə sarı vərəqə almış oyunçuları əvəzlədim ki, azlıqda qalmayaq".
Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqanın 2-ci turunda "Bakı" ilə oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.
O, “Neftçi” ilə oyundakı məğlubiyyətdən sonra bu qələbəyə sevindiklərini bildirib.
"Ehtiyat oyunçu problemimiz var. Növbəti turda “İnter”ə qarşı keçirəcəyimiz oyuna hazırlaşacağıq” - deyə V.Sadıqov qeyd edib.
"Barselona" peşmandır
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi