Ötən gün Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda İsveçin “Gefle” klubunu 2:0 hesabı ilə məğlub edən “Qarabağ” özünəməxsus uğurlu rekordunu yeniləyib.
Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi avrokuboklarda dalbadal yeddi oyunda uduzmayan yeganə Azərbaycan klubu kimi tarixə düşüb.
Sonuncu dəfə 2011/12 mövsümündə Belçikada rəqibinə 1:4 hesabı ilə uduzan Qurban Qurbanovun komandası o zamandan bəri məğlubiyyətin nə olduğunu bilmir. 2012/13 mövsümündə avrokuboklara vəsiqə əldə edə bilməyən "Qarabağ" bu mövsüm uğurlu çıxışı ilə diqqət çəkir. İlkin təsnifat mərhələsində Makedoniya “Metallurq”una hər iki oyunda eyni hesabla (1:0) qalib gələn “Qarabağ” ikinci mərhələdə Polşanın “Piast” klubunu da (2:1, 2:2) məğlubiyyətsiz keçib. Son olaraq üçüncü təsnifat mərhələsində İsveçin "Gefle" klubuna hər iki oyunda (1:0, 2:0) qalib gələn komandamız UEFA turnirlərində məğlubiyyətsiz oyunların sayını 7-ə çatdırıb.
Qeyd edək ki, bu, "Qarabağ"ın "pley-off"da üçüncü çıxışı olacaq. 2009/2010-cu ildə "Tvente" (Hollandiya), 2010/2011 mövsümündə "Borussiya" (Dortmund) klubuna uduzan Ağdam təmsilçisinin bu dəfə hansı aqibətlə üzləşəcəyi böyük maraqla gözlənilir.
2011/12 mövsümü
“Qarabağ” – “Brügge” (Belçika) – 1:0
2013/2014 mövsümü
“Qarabağ” – “Metallurq” (Makedoniya) – 1:0
“Metallurq” (Makedoniya) - “Qarabağ” – 0:1
“Qarabağ” – “Piast” (Polşa) – 2:1
“Piast” (Polşa) – “Qarabağ” – 2:2
"Qarabağ" - "Gefle" (İsveç) - 1:0
"Gefle" (İsveç) - "Qarabağ" - 0:2
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi