"İnter"in futbolçusu Brüs Abdulaye Topaz Premyer Liqanın ilk turunda "Qarabağ"la oyunda rəqibin yarımmüdafiəçisi Riçard Almeyda ilə havada toqquşaraq onun zədələnməsinə səbəb olduğu epizodu şərh edib.
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan yarımmüdafiəçi bu hərəkəti bilərəkdən etmədiyini deyib:
“Həmin epizodda mən topa gedirdim. Nəzərə alın ki, mən hətta qaydanı pozmadım. Mən məhz belə olduğuna görə çox təəssüflənirəm. Mən ona zədə yetirmək istəmirdim, sadəcə futbol belədir və heç bir futbolçu belə zədələrdən sığortalanmayıb. Mən özüm tez-tez belə zədələr alıram. Son matçlardan birində tam bir hissəni başısarıqlı oynamağa məcbur oldum. Riçard Almeyda meydanı tərk edən zaman ona yaxınlaşdım və vəziyyətilə maraqlandım. O, dedi ki, vəziyyəti normaldır.Sonra mən ona zəng etdim və üzr istədim. O da cavab verdi ki, məndən inciməyib. Bizim aramızda hər hansı bir problem yoxdur” - deyə o bildirib.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı